Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir direktorun rüşvətlə bağlı səs yazısı yayıldı: Ayda 150 manat – Video

Bәrdә rayonu Adil Süleymanov adına Şorәlli kәnd tam orta məktəbin direktorunun müəllimdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb...

Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.

Direktor Əliyeva Gülnarə Qanboy qızının müəllimdən müxtəlif vaxtlarda pul tələb etməsi iddia edilib.

Şikayətçi, adı çəkilən məktəbin müəllimi Dursun Babayeva bildirib ki, direktor ondan hər ay 165 manat rüşvət alıb:

“11-ci sinfin 5 saat riyaziyyat dərsini və sinif rəhbərliyini mənə verdi. Dedi ki, uşaqlar dərsə gəlmir, o dərsin jurnalını yazacaqsan, hər bir şeyini sən edəcəksən, summativlərini sən aparacaqsan. Amma pulunu mənə verəcəksən. Hər ay məndən 165 manat aldı. Bundan öncəki il isə 10-cu sinif üçün hər ay 150 manat vermişdim”.

Dursun Babayeva məktəb direktoru Gülnarə Əliyeva barəsindəki iddialarını sübut etmək üçün səs yazısını da təqdim edib. O deyib ki, səs yazısında məktəb direktoru Gülnarə Əliyeva, onun müavini Mayil Əliyev və özünün rüşvətlə bağlı danışığı öz əksini tapıb.

Məsələ ilə bağlı direktor Gülnarə Əliyeva ilə əlaqə saxladıq və barəsində iddialara münasibət öyrənməyə çalışdıq. Direktor bildirdi ki, hazırda dərsə girir və yarım saat sonra danışa biləcək. Lakin deyilən müddətdən sonra bir neçə dəfə onunla əlaqə saxlasaq da, telefona cavab vermədi.

Qeyd edək ki, bir neçə gün öncə Sumqayıt şəhər 32 saylı tam orta məktəbinin işçi heyəti direktorun müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yaymışdı.

Direktor, müavini və müəllim arasındakı səs yazısını olduğu kimi təqdim edirik:

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar