Çərşənbə, 30 Noyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha 100-ə yaxın işçi Gömrükdən uzaqlaşdırıldı – Yeni rəis “təmizləməni” davam etdirir

100-ə yaxın əməkdaş bir gündə işdən çıxarılıb...

Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” İstehsalat Birliyinin (İB) yeni rəhbərliyi qurumun 100-ə yaxın əməkdaşını bir gündə işdən çıxarıb. Daha doğrusu, oktyabrın 1-dən onlarla bağlanmış müqaviləyə son veriləcəyi bildirilib.

“AzPolitika.info”ya daxil olan məlumata görə, müqaviləsinə son verilənlərin əksəriyyəti sıravi işlərdə (sürücü, fəhlə, bağban, texniki xidmətçi və s.) çalışanlardır. Belə ki, “Azərterminalkompleks” İB-yə ştat verilmədiyindən bu işçilər müqavilə əsasında fəaliyyət göstərib.

Xeyli sayda ailənin yeganə gəlir yerinin kəsilməsinə səbəb olan bu addım təbii ki, böyük narazılıq doğurub. Bir çox işçinin müqaviləsinin başa çatmasına xeyli vaxt qalsa da, nəzərə alınmayıb. Qərarın Gömrük Komitəsinin rəhbərliyinin tapşırığı olduğu bildirilərək, onların da müqaviləsinə son verilib.

Mənbə bildirib ki, “Azərterminalkompleks” İB-nin yeni rəhbəri Kənan Aşurlu DGK sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırova yaxın kadrıdır. O vəzifəyə təyin olunandan sonra qurumda geniş “təzmizləmə” əməliyyatına start verib. Keçmiş rəhbərliyin dövründə çalışnlar kütləvi şəkildə Gömrük Komitəsindən uzaqlaşdırılır.

Xatırladaq ki, Şahin Bağırovun əmri ilə daha əvvəl “Azərterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin şöbə rəisi Rəfail Niftəliyev vəzifəsindən azad edilmişdilər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vasif Talıbovun qardaşının saxlanılması barədə məlumatlar əsassızdır - Yenilənib

Prezidentin bibisi oğlu barda prokurorun başına butulka ilə vurdu, konsern rəhbərliyindən qovuldu…

Bakıda evə basqın edilib: ailə üzvləri bıçaqlanıb, 2 nəfər öldürülüb - Yenilənib

"Ehtiyatlı, diqqətli olun!" - iranlı deputat Bakını hədələdi

Qaraciyəri möhkəmləndirən ən güclü vasitə - balqabaq şirəsi və bal

Rusiyada Putinin xələfi ilə bağlı mübahisələr - Kudrin prezidentliyə doğru gedir?..

Vasif Talıbovun qardaşından açıqlama: “Bunu məqsədli şəkildə yazırlar” - Foto

Bu qidaları yeyən oğlanlar qız kimi olur - Siyahı

Buzovnadakı dəhşətli qətlin tək şahidi danışdı - Foto

Ən çox oxunanalar