Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb

COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb.

PİA.az-ın məlumatına görə, Nazirlər Kabinetinin “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarına əsasən, COVID sertifikatı müraciət edən şəxs fərdi, o cümlədən sağlamlığının vəziyyəti barədə məlumatlarının ötürülməsinə və yayılmasına razılıq vermədikdə, müraciət edən şəxsin səlahiyyətli nümayəndəsi müraciət edən zaman onun səlahiyyətli nümayəndə olduğu barədə məlumatlar Portalda göstərilmədikdə, COVID sertifikatını formalaşdırmaq üçün tələb olunan fərdi və ya sağlamlıq vəziyyəti barədə məlumatlar olmadıqda COVİD sertifikatı verilmir.

Fərdi və ya sağlamlıq vəziyyəti barədə məlumatların olmaması səbəbindən COVID Sertifikatının verilməsindən imtina edilməsi barədə bildiriş avtomatik olaraq Portal vasitəsilə müraciət edən şəxsə göndərilir. Şəxsin istəyi ilə həmin bildiriş tibb müəssisəsi tərəfindən kağız daşıyıcıda verilə bilər.

Qeyd edək ki, şəxs və ya onun səlahiyyətli nümayəndəsi COVID Sertifikatı almaq üçün E-TƏBİB və ya Elektron Hökumət İnformasiya Sisteminin MyGov platforması (Portal) vasitəsilə sertifikatın əldə olunması üçün müraciət etməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar