Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat müddətsiz olacaq

COVID sertifikatlarının etibarlılıq müddəti müəyyənləşib.

PİA.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqləditi “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanlnması qaydası”nda əksini tapıb.
COVID sertifikatlarının etibarlılıq müddəti aşağıdakı kimidir:
- COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə – müddətsiz;
- COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə - 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını 56 gün ərzində aldıqda – müddətsiz;
- peyvəndləməyə əks göstərişi təsdiqləyən sertifikat üzrə – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ambulator-poliklinik tibb müəssisələrinin peyvəndləmə prosesinə nəzarət komissiyaları tərəfindən göndərilən tibbi arayışlara baxılaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsaslandırılmış rəyinə əsasən müəyyən edilmiş müddətə;
- neqativ PZR test nəticəsini əks etdirən sertifikat üzrə - 72 saat (nəticənin elan olunduğu saatdan).
Xarici COVID sertifikatlarının etibarlılıq müddəti xarici ölkələrin vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə münasibətdə beynəlxalq təcrübədə nəzərdə tutulmuş razılaşmalarla, Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə isə bu Qaydaya uyğun olaraq müəyyən edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar