Şənbə, 25 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

COVİD-19 əsasən kimləri öldürür? - Ekspertlərin rəyi

Son zamanlar aparılan müşahidələr nəticəsində məlum olub ki, koronavirus infeksiyası daha çox peyvənddən imtina etmiş, 40 və daha çox yaşı olan pasiyentlərin həyatına son qoyur. Bu qənaətə Böyük Britaniyanın həkimləri gəlib. “Daily Mail”-in müxbir heyətinin diqqətini bir maraqlı məqam çəkib: Böyük Britaniyada vaksinin hər iki dozasını təxminən 70 faiz əhali alıb. Lakin ölüm halları hələ də az deyil.

Müxbirlər koronavirusun daha çox kimlərin ölümünə səbəb olduğunu araşdırıb. Sorğu həkimlər, eləcə də yaxınlarını bu xəstəlik ücbatından itirən insanlar arasında keçirilib. Nəticədə məlum olub ki, peyvənddən imtina etmiş, 40 və daha çox yaşı olan insanlarda xəstəlik daha ağır keçir.

“Daily Mail”-in diqqətindən o da yayınmayıb ki, ölənlərin bəziləri ən azı vaksinin bir dozasını almışdılar. Ekspertlərə müraciət edərək, müxbirlər onların bu məqama da aydınlıq gətirmələrini xahiş ediblər. Ekspertlərin fikrincə, preparatlar hər orqanizmə bir cür təsir edir. Belə ki, vaksin vurdurmuş insanların təxminən 5 faizinin orqanizmi heç cür bu preparata reaksiya vermir, daha 5 faiz peyvənd almış insanların orqanizmində ümumi hala görə zəif müdafiə yaranır, və onların immun sistemi təhlükə altına düşür.

İkinci kateqoriya böyük doza müxtəlif dərman preparatları qəbul edən pasiyentlər təşkil edir. Onların qəbul etdiyi dərmanlar orqanizmdə mübarizə mexanizmlərini çox zəiflədir, bu əsasən də qan xərçəngindən əziyyət çəkənlərə aiddir. Bu qrup insanların sayı təxminən 3 milyon nəfərdir və onlar COVİD-19 qarşısında çox həssasdırlar.

Həkimlərin fikrincə, əsas amillərdən biri əvvəlki kimi yaş kateqoriyasıdır: immun sisteminin güclü olması koronavirus xəstələrində ölüm hallarını təxminən 20 dəfə azaldır. Məsələn, 70 yaşlı pasiyentlər arasında ölüm halları 32 dəfə 35-yaşlı xəstələr arasındakı ölüm hallarından çoxdur. Həmçinin, həkimlər qeyd edir ki, nə qədər çox insan peyvənd olunsa, bir o qədər də peyvənd olunanların arasında ölüm halları çoxalacaq. Lakin bütün insanlar peyvənd olunsa, biz ölüm hallarını ümumiyyətlə azaldarıq.

Bəzi hallarda insanlar vaksinin ikinci dozasından sonra da vəfat edirdilər. Bunu isə həkimlər onunla izah edirlər ki, insan ikinci inyeksiyanı vurduqdan dərhal sonra xəstələndiyi halda vaksinin təsir etməyə kifayət qədər vaxtı və imkanı olmur.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

ABŞ-da ard-arda anti-Azərbaycan qəralar qəbul edilir... - Bizim Minsk qrupunu tərk etməyimizin vaxtı çatmayıbmı?

Operativ Qərargahın Məlumatı: Karantin qaydaları sadələşdirildi

Eldar Həsənov prokurorun suallarını cavablandırıb

Köçkünlərin Zəngilana qayıdacaqları vaxt məlum oldu

Azərbaycanda yoluxma sayı niyə azalır? - “Vaksinasiya ilə əlaqəsi yoxdur"

Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb

Səfir İran Ordusunun Azərbaycanla sərhəddə təlimlər keçirməsinə aydınlıq gətirib

Daşkəsəndə itkin düşən şəxslərin minaya düşdükləri məlum olub, meyitləri tapılıb

"Sədərək Yusif" təbiəti belə məhv edir - Foto

İlham Əliyev üçtərəfli bəyanat imzalanmazdan əvvəl Putinlə danışıqlarının detallarını açıqlayıb

Ən çox oxunanalar