Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

COVID-19 beynimizi necə məhv edir? - Nevroloq nəticələri açıqladı

Amerika və İngiltərə alimlərinin tədqiqatları göstərir ki, COVID-19 beyin funksiyalarını sürətlə zəiflədir.

PİA.az xəbər verir ki, bu barədə türkiyəli nevroloq Emir Ruşen danışıb.

Ekspert bildirib ki, COVID-19 virusu burundan ağciyərlərə və beynin daxili hissələrinə yayılaraq medial temporal adlanan yaddaşla əlaqəli hissəyə keçir: "Nəticədə normal insanlarda belə unutqanlığa və diqqət pozğunluğuna səbəb olur. COVID-19 düşündüyümüz kimi qısamüddətli bir xəstəlik deyil. Test nəticələri mənfi çıxdıqdan sonra insanlar hələ də xəstəliyin təsirini yaşaya bilərlər. Bu barədə dəqiq məlumat yoxdur, ancaq müşahidə etdiyimiz ilk məlumatlar infeksiyanın birdən-birə yox olmadığını göstərir. Bütün virus infeksiyaları insanda zehni geriləməyə səbəb olur. Alzheymer xəstələri COVID-19-a yoluxduqdan sonra xəstəliklərinin çox sürətlə irəlilədiyi məlum olub.

Bəzi xəstələr koronavirus üzrə müalicə aldıqdan və sağaldıqdan sonra zehni baxımdan uzun müddət normal vəziyyətlərinə qayıda bilmir, xəstəxanadan çıxdıqdan sonra yaxınlarını tanıya bilmir, çətinliklər yaşadıqları müəyyən edilib. Yaşlılar, demans və alzheymer xəstələri, həmçinin fərqli xəstəlikləri olan şəxslər risk altındadır".

Həkim sonda alzheymer xəstələrinin çəkinməli olduqları qidalardan danışıb: "Xəstəlik irəlilədikcə yeməyi qiymətləndirmə qabiliyyəti itir. Bu səbəbdən çox isti yemək yeməyin. Qəbizlik yaradan qidalardan uzaq durun. Bol lif qəbul edin. 60 yaşdan yuxarı xəstələrin yüksək karbohidrat qəbul etməsi tövsiyə edilmir. Daha çox tərəvəz və meyvələrə üstünlük verin. Artıq yağ, karbohidrat və duzlu qidalar da bu xəstələr üçün təhlükəlidir". (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar