Şənbə, 01 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Coşqun Əhmədzadə öz istəyi ilə vəzifədən getmək istəyir - Sumqayıt Gömrüyündə yoxlamalar...

Dövlət Gömrük Komitəsində aparılan həbslər bu qurumun tabeliyində olan İdarələrdə ciddi yoxlamaların aparılmasını labüd edib. 

DGK sədri Səfər Mehdiyevin hələ də azadlıqda qalması onun yaxın adamlarının vəziyyətini çətinləşdirib. Uzun illər Mehdiyevin tapşırığını həyata keçirənlər indi çıxılmaz vəziyyətdə qalıblar.

Redaksiyaya daxil olan məlumata görə, Sumqayıt Baş Gömrük İdarəsinin hazırkı rəisi Coşqun Əhmədzadə öz istəyi ilə vəzifədən uzaqlaşmaq niyyətindədir. Bütün tapşırıqları Səfər Mehdiyevdən aldığını dolayısı ilə DGK-nın yeni rəhbərliyinə çatdıran Əhmədzadə bu yolla həbsdən qurtulmağa çalışır.

Qeyd edək ki, gömrükdə ən böyük korrupsiya yuvası Sumqayıt Baş Gömrük İdarəsində fəaliyyət göstərib. Ölkəyə gələn avtomobil ehtiyyat hissələri, ağır yüklər əsasən bu idarədə “rəsmiləşdirilib”. 

Bu arada qeyd edək ki, Sumqayıt gömrüyünün “kral”ı kimi tanınan Yusif Eyvazovun isə həbs olunacağı gözlənilir. 

Xatırladaq ki, Yusif Eyvazov uzun illər Sumqayıt Baş Gömrük İdarəsində çalışıb. Daha sonra yaranmış ciddi problemlər səbəbindən müvəqqəti olaraq Biləsuvar Gömrük Postuna göndərliib. Bir neçə ay bundan əvvəl isə yenidən DGK Əməliyyat-İstintaq Baş İdarəsinin huquq şöbəsinə yüksək vəzifəyə gətirilib. (bizimxeber.az)

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Paşinyan NATO hərbçilərini Azərbaycanla sərhədə gətirir - Təhlükəli oyun

Hücum helikopterləri Zahedan üzərində uçaraq Bəluç nümayişçilərinə atəş açdı - Video, Yenilənib

Zaqatalada tarixi şəxsiyyətlərin adı ilə bağlı biabırçılıq- Fotofakt

“Dövlətdən oğurlayıb, küçə insanlarına ev alırlar” - Partiya sədri 

"Özünüzü artistliyə vurmayın, yığışdırın yalançı sevgilərinizi"

“Caliber”: “Hindistanın lazımsız silahları Ermənistana kömək etməyəcək” - Video

Sentyabr şəhidinin ürək dağlayan həyat hekayəsi 

Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq

Ən çox oxunanalar