Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Conson ikinci dəfə Kiyevə səfər etdi

Rusiya -Ukrayna müharibəsi davam edərkən Böyük Britaniyanın baş naziri Boris Conson ikinci dəfə Ukraynanın paytaxtı Kiyevə gəlib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, liderlər ikitərəfli görüşdən sonra birgə bəyanatla çıxış ediblər.

Ukrayna Prezidenti Volodimir Zelenski “Britaniya sübut etdi ki, bu müharibədə Ukraynaya dəstəyi qətidir. Ölkəmizin dostu Boris Consonu yenidən Kiyevdə görməyə şadam", - deyə ifadə edib. 

Böyük Britaniyanın baş naziri Conson prezident Zelenskiyə 120 gün ərzində Ukrayna ordusunda 10 min əsgər yetişdirməyi təklif etdiyini bildirib:

"Mən prezident Zelenskiyə bu müharibənin tənliyini dəyişdirə biləcək yeni böyük hərbi təlim proqramı təklif etdim". 

Açıqlanan yeni təlim proqramında hər bir əsgərin ilkin tibbi təhsil, kibertəhlükəsizlik və partlayıcıya qarşı taktika təhsili, eləcə də cəbhə xəttində 3 həftəlik döyüşlərdə qalib gəlmə bacarıqları alması gözlənilir.

Görüş zamanı o da məlum olub ki, liderlər Rusiyanın taxıl blokadasına son qoyulmasında Böyük Britaniyanın rolunu, həmçinin Böyük Britaniyanın təhsil təklifini müzakirə ediblər. Böyük Britaniyanın baş naziri Conson sonuncu dəfə aprelin 9-da Ukraynaya səfər edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar