Şənbə, 24 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çökən sistemin vətəndaşlaraa vurduğu ziyan: – “”iTicket.az” bu siyahıya daxil edilməlidir”

“”iTicket” şirkəti də kritik informasiya infrastrukturunun subyektləri siyahısına daxil edilməlidir”. Bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, quruma məxsus informasiya sisteminin funksionallığının pozulması ilə cəmiyyətin və vətəndaşların maraqlarına yetərincə ziyan vurulub:

“Bu gün minlərlə vətəndaşımız “Qarabağ” Futbol Klubunun bilet satışını həvalə etdiyi “iTicket” şirkətin saytından elektron bilet əldə etməkdə çətinliklə üzləşib, sistem çöküb, xeyli sayda vətəndaşlar ödəniş etsə də bilet əldə edə bilməyiblər. Zaman-zaman bu tip problemlər müşahidə olunur. Qarabağ FK məşhurlaşdıqca problem daha da dərinləşə bilər.

Bununla da kibertəhlükəsizliklə bağlı yeni formalaşmış normalara görə ölkədəki bütün kütləvi tədbirlərin bilet satışı təchizatçısı olan “iTicket” şirkətinin iTicket.az resursu kritik informasiya infrastrukturu obyekti olaraq qəbul edilə bilər.

Belə olarsa artıq onun təhlükəsizliyi ilə bağlı müstəvi dəyişmiş olacaq, ona qarşı yeni təhlükəsizlik tələbləri irəli sürüləcək .

Qısası, əgər “iTicket” kritik infrastrukturun subyekti olsa bilet satışı sisteminin təhlükəsizliyi DTX və XRİT Dövlət Xidmətinin nəzarətinə keçəcək”. (yenicag.az)

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Bandotdel Milli Parkın direktorunu saxladı – “Ecofront” məlumat yaydı

Kreml Qarabağa yeni general qubernator təyin etməyə hazırlaşır

Çində hərbi çevriliş olub və Si Tsinpini deviriblər?..

Rusiyada səfərbərliyə niyə ən çox milli azlıqların nümayəndələri çağırılır?

A.Yeniseydən təhsil nazirinə: Azərbaycan dilini bu cür öyrənməkdənsə, uşaqlarımız lal olsalar daha yaxşıdır - Foto

İş adamı: Hökumət imkan versə, bir kisəsi 35 manata əla növ unu Azərbaycana gətirmək olar

Ermənilər Fransada mədəniyyət mərkəzinə hücum ediblər

“Meyvəli”nin direktoruna məxsus şirkət ləğv olunur – Rəsmi

Paşinyan özünü ifşa etdi - sülh istəyən lider belə danışmaz

Ən çox oxunanalar