Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinin şəhərlərində sürücüsüz avtobuslar istifadəyə verilib - Video

Çinin texnologiya nəhəngi “Baidu” şirkəti tərəfindən istehsal olunan və 4-cü səviyyəli avtonom texnologiya ilə təchiz edilmiş 3 sərnişin avtobusu ölkənin cənub-qərbində yerləşən Çonqinq şəhərində sınaq fəaliyyətinə başlayıb.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, saatda təxminən 40 kilometr sürətlə hərəkət edə bilən “Robobus” avtobuslarının uzunluğu 5,9 metrdir. Dayanacaqlarda özü dayanan avtobuslar mürəkkəb şəhər yolları şəraitində işləmək qabiliyyətinə malikdir.

Şirkətin Çonqinq şəhərində yerləşən avtonom idarəetmə bölməsi üzrə təhlükəsizlik şöbəsinin rəhbəri Zanq Şanqui hazırda Çonqinqlə yanaşı, Quançjou, Cançjou və digər şəhərlərdə də sürücüsüz avtobusların işlədiyini deyib.

“Conqinq kommersiya əməliyyatları həyata keçirən ilk şəhərlərdən biridir. Avtobuslardan istifadə etmək istəyənlər ödənişlərini smart kartlarından və ya “Baidu” tərəfindən hazırlanmış gediş kartlarlardan istifadə edərək ictimai nəqliyyat vasitələrinə minə bilərlər”, - şirkət rəsmisi qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar