Cümə, 20 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Çində daşqın səbəbindən küçələr su altında qalıb - Video

Çinin cənubundakı Quandun əyalətində güclü yağışlar nəticəsində daşqınlar baş verib və leysan yağışların yaratdığı sel nəticəsində küçələr su altında qalıb. Əyalətdəki fəlakət və fövqəladə hallar qrupları daşqın bölgələrinə göndərilib və Taishan, Heyuan, Zhuhai, Zhongshan və Shenzhen şəhərlərində qırmızı həyəcan siqnalı verilib.

Quandun Meteorologiya Xidmətindən verilən açıqlamada bütün əyalətdə sarı və narıncı xəbərdarlıqların edildiyi bildirilib.

Dörd çayın daşqın təhlükəsi səviyyəsini keçdiyi Quandunda risk altında olan ərazilərdə yaşayan minlərlə insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Şiddətli yağış səbəbindən əyalətdə parklar və mədəniyyət obyektləri bağlanıb, bəzi əyalətlərdə uşaq bağçaları, ibtidai məktəblər və liseylərdə 2 gün müddətinə təhsil dayandırılıb. Bir çox şəhərdə qatarların hərəkəti dayandırılıb, həmçinin əyalətdə bərə xidmətləri də ləğv edilib.

Quandun Meteorologiya Xidmətinin məlumatına görə, əyalətdə güclü yağışların bu gün və sabah da davam edəcəyi gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Əli Həsənova verdiyim 10 kaseti ermənilər qarşıma qoydular" - Şahbaz Quliyev

Qiymətlərin dağ başına çıxdığı Azərbaycanda kasıb əhali bir ildə iki dəfə azalıb - Statistika belə deyir...

Paşinyan Kremldən KTMT qüvvələrinin İrəvana yeridilməsini xahiş edib

İran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı bəzi faktlar - Yenilənib

Ermənistanda müxalifətin aksiyaları güclənir... - Paşinyan devrilə bilər?

Rusiyaya güzəştə getmək və sülh danışıqları aparmaq mümkün deyil - Zelenskinin ofisi

Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - Dosye

“Azərbaycanda məmurlar qanunlara tüpürürlər” - Ekspert hərbiçilərə veteranlığın verilməməsinə görə od püskürdü...

Azərbaycanda hibrid avtomobillərinə güzəştlər tətbiq edilməyə başlanılıb

Kürdəmir Regional Mədəniyyət idarəsində dövlət büdcəsindən mənimsəmələr...

Ən çox oxunanalar