Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cinayət etməyən kasıbı həbs ediblər, istintaqı saxtalaşdıran polis zabiti isə... - Şikayət

Bir muddət əvvəl Sumqayıtda “Metallurq” adı ilə fəaliyyət göstərən obyektdə baş vermiş cinayət hadisələrindən biri haqqinda məlumat vermişdik.

Quliyev Xaqani Azad oğlunun ağır dərəcəli bədən xəsarəti aldiğı həmin cinayət işinin məhkəməsi yekunlaşmaq üzrədir.

Zərərçəkən tərəf isə məhkəmə və istintaqdan narazıdır. Cinayət işinin obyektiv istintaq olunmadığını, məhkəmənin də ibtidai istintaqın yol verdiyi qusurları uzə çixartmaq marağında olmadığı qənaətindədir:

– “Metallurq kimi fəaliyyət göstərən obyektin icarədarı Vasif adlı şəxs ifadəsində bildirir ki, 7-8 ildir bu obyekti işlədir. Lakin cinayət işi matəriallarinda tək 2018-ci ilə dair müqavilə var. Eyni zamanda şahid və təqsirləndirilən şəxslərin ifadələrindən aydin olur ki, onlar orada işləyiblər, lakin heç birinin əmək müqaviləsi olmayıb. Bu məsələyə hüquqi qiymət verilməyib. Konkret bu cinayət işi uzrə obyekt sahiblərinin iştirakı, rolu, təşkilatçılıgıistiqamətdə heç bir araşdırma aparilmayıb.

– Cinayət hadisəsi baş verən zaman həmin obyektə Sumqayıt şəhər 4-cu polis bölməsinin təhqiqatçısi Rafiq Quliyev və bir neçə əməkdaşı gəlib, agır dərəcəli qanli hadisəni görsələr də, heç bir hüquqi addım atmayiblar. Təkcə müşahidə kameralarının qeydə aldığı görüntülərı götürüblər, həmin görüntülərdən 1 dəqiqə 35 saniyə və 24 saniyədən ibarət iki kiçik hissə cinayət işi materiallarında var. Hadisəni əks etdirən əsas hissələr gizlədilir, yaxud yararsiz hala salinib. Agir cinayət hadisəsində mötəbər subutu məhv etmə, saxtalaşdima cinayət məsuliyyətinə səbəb olur. Bu fakta bu gunə kimi qiymət verilməyib. Hadisədən təxminən bir həftə sonra dəfələrlə şikayətimizdən sonra cinayət işi açılıb. Halbuki faktla bağli cinayət işi dərhal açılmalı idi. Cinayət işi materiallarında hadisədən iki ay əvvəl-17 iyun 2019-cu il tarixinə aid izahatlar var. Bir neçə izahatın sonluğu eyni şəxs tərəfindən yazıldığı aydin görünür. Hadisədən bir gün sonra Quliyev Xaqaninin xəstəxanada oldugu müddətdə məhkəmə tibbi ekspert muayinəsindən keçməsini tələb etsək də, Sumqayıt şəhər 4-cu polis bölməsindən bu tələbimizə əhəmiyyət verən olmadı. İş istintaqa keçənden sonra daha böyuk saxtakarlıqlar başladı.

– “Metallurq”un işçilərindən ibarət saxta şahid heyət formalaşdırıldı. Onlara iki nüans əzbərlətdilər (Xaqani Quliyevə xəsarəti Bəxtiyar yetirdi və orada Sabirlə Tural heç kimi vurmayıb). Lakin həmin saxta şahidlər əlavə suallara hazır olmadıgından, ibtidai istintaqa verdikləri ifadələrlə Baki Ağır Cinayətlər Məhkəməsində verdikləri ifadələr ziddiyyət təşkil etdi. Yalan ifadə verdiklərinə görə, Cinayət Çəcəlləsinə əsasən məsuliyyət daşımalıdırlar.

– Hadisədən xeyli müddət sonra məhkəmə tibb eksperti verdiyi rəylərdə yuxarıda qeyd etdiyim həmin saxta şahid ifadələrinə rəyin əsaslandirma hissəsinə istinad edib. Sabir Əskərovun Quliyev Xaqaninin gözünə vurduğu daş, Tural Sadıqovun əlindəki taxta(kəsik videoda hetta görünür) eksperte təqdim edilmeyib. Dəfələrlər həm ibtidai istintaqa həm,məhkəmə zamanı həmin cinayət alətlərinin ekspertə təqddim edilməklə yenindən komission qaydada Quliyev Xaqaninin ekspert muayinəsindən keçməsini tələb etsək d vəsatətlərimiz rədd edilib.

– Quliyev Xaqaniyə xəsarətləri 3 nəfər yetirib. Onlardan Ümid adlı şəxs ümumiyyətlə istintaqa cəlb edilməyib, lakin cinayət işi materiallarında adı dəfələrlə keçib. Hətta təqsirli şəxslər Ümidin hadisə zamani orada olmağinı təsdiq edirlər. Barəsində heç bir axtarış aparilmayıb, izahatı, ifadəsi alınmayıb. Hesab edirik, onun yerinə Bəxtiyar Fərəcov həbs edilib. Halbuki zərərçəkən Xaqani Quliyev Bəxtiyar Fərəcovun ona xəsarət yetirmədiyini dəfələrlə ifadələrində bildirib. Ən ağır maddələrlə məhz Bəxtiyar Fərəcov ittiham edilir. Bəxtiyar Fərəcovun sağlamlıq durumundan, eyni zamanda maddi durumundan sui-istifadə edilərək bu ağır cinayət onun boynuna qoyulub. Həqiqət axtarışında olan ibtidai istintaq və məhkəmə videokadrlarin əslini tələb etmelidir. Əsl həqiqətlər, mötəbər subut vudeogöruntulərdir.

– Subhan Abdulrəhimov ad və soyadlı bir şəxs ifadəsində Xaqani Quliyevə zərbələr endirdiyini bildirsə də adı şahid siyahısinda qeyd edilib. Heç bir məhkəmə iclarlarına çagırılmır, bizə şifahi olaraq muddətli həqiqi hərbi xidmətdə olduğu bildirilir. Movcud qanunvericiliyə əsasən hərbi xidmət şəxsi cinayət məsuliyyətindən azad etmir. Həmçinin muddətli həqiqi hərbi xidmət Azərbaycan Respublikasinda 18 aydır. Bu faktın müəmması nədən ibarətdir, bilmirik, bu şəxs ildən artiqdir gedən məhkəmə prosseslerinə gəlmir.

– Xaqani Quliyevin hadisə zamanı telefonu itib. Həmin telefon barəsində heç bir axtarış aparilmayıb, fakta hüquqi qiymət verilməyib.

– Təqsirli şəxslərin əməlləri düzgün tövsif olunmayıb. Cinayət işi materiallarinda təqsirli şəxslər və əməlləri xarakterizə olunan hissələrdə qəydlər varki. “bir qrup şəxs” hadisəni törədib. Həmçinin hadisə zamani ağır bədən xəsarəti faktı var, ekspert reyi ilə də ağır dərəcəli xəsarət təsbit olunub. Cinayət məcəlləsində BİR QRUP ŞƏXS TƏRƏFİNDƏN AĞIR XƏSARƏT YETİRMƏYƏ DAİR MADDƏ( 126.2.1) var. Lakin istintaq başqa maddələrlə aparilib, ittiham aidiyyatı olmayan maddələrlə elan edilib.

– Quliyev Xaqaninin ağır dərəcəli xəsarət almasi ilə bağlı bir neçə dəfə əməliyyat olub. İbtidai istintaq maddi ziyanla bağlı heç bir tədbir görməyib, Qüliyev Xaqanini mülki zərərçəkən kimi tanımaýıb, iş Bakı Ağır Cinayətlər məhkəməsində olduğu zaman mülki zərərçəkən kimi taninib. İş yeniden ibtidai istintaqa qayitdiqdan sonra tərtib olunan ittiham aktinda yenə də bu barədə bir qeyd yoxdur. Buradan bələ nəticəyə gəlirik ki, təkmil ibtidai istintaqi aparan müstəntiq Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarini saymır.

– Cinayət işi bir muddət Bakı Agir Cinayətlər məhkəməsində istintaq olunduqdan sonra, işin qeyri obyektiv araşdirıldığı qənaətinə gələrək, 06 avqust 2021 ci il tarixində qərar qəbul edərək cinayət işini prossesual rəhbərliyi həyata keçirən Sumqayıt Prokurorluguna yeniden istintaq olunmasi üçün göndərdi. Eyni zamanda ibtidai istintaqa rəhbərlik eden müstəntiq Bəhruz Musayev barəsində xüsusi qərar qəbul edərək Daxili İşlər Nazirliyinə göndərdi. İbtidai istintaq muddətində istintaqın düzgün aparılmadığı muddətdə biz zərərçəkən tərəf olaraq dəfələrlə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciətlər etmişdik.(poçt qəbzləri var, ehtiyac olsa, teqdim edə bilərik). Sağ olsun cənab nazir istintaqin qeyri obyektiv aparılmasi barəsində mustəntiq barəsində məhkəmənin xususi qərarını aldıqdan az sonra Bəhruz Musayevi daha yüksək və strateji posta – Sumqayıt səhər Polis İdarəsinin 2-ci bölməsinə rəis təyin etdi. Həmin təqdimatı cənab nazirə kim təqdim edib, bilmirik.

– Cinayət işi Sumqayita (Məhkəmə qərarından dərhal sonra cinayət isinin Sumqayitda təkrar istintaq olunmasina etiraz olaraq Baş Prokurirluga müraciət etdik) araşdirmaga gondəriləndən sonra iş əvvəlki ibtidai istintaq qrupunun üzvü olan müstəntiq Rafiq Qəmbərova həvalə olundu. Yuxarida sadaladığım heç bir faktı araşdirmadan, heç bir istintaq hərəkəti aparmadan Rafiq Qəmbərov əvvəlki ittiham akti ilə hərfbəhərf, nöqtə, vergulunə kimi eyni olan (ittiham aktinin ilk səhifələri istisna) yeni bir ittiham akti tərtib edərək 22 sentiyabr 2021 ci il tarixində cinayət işi Sumqayıt Ağır Cinayətlər məhkəməsinə göndərilib.

– Sumqayit Agır Cinayətlər məhkəməsində iş guya araşdirilirdi. Bir neçe ay umumiyyətlə proseslər olmadı. Son vaxtlar ayda bir proses keçirdərək, zərərcəkmiş və təqsirli səxslərin ifadələri alındi. Bu müddet ərzində zərərçəkən tərəf olaraq bir neçe vəsatət verdik, heç biri təmin olunmadı. Nəhayət 23.06.2020 ci il tarixinə təyin olunmuş məhkəmə iclasi ildırım sürətli bir gediş aldı. Bir proses müddətinde (təxminən bir saat) məhkəmə heyəti şahidlərin məhkəməyə gəlməsini lazım bilmədi, bu barədə qərar qəbul etdi. Təbii etiraz etdik, redd edildi. Dərhal keçdi sənədlərin tədqiqinə, altı cildlik cinayət işi materiallarını 3 hakim hərəyə iki cild olmaqla başladilar vərəqləməyə. Bəzi sənədlərin başlıqlarını ucadan oxumaq şərti ilə. Tebii bu mənzərəyədə etiraz etdik, yenə redd edildi. Məhkəmə istintaqının bitməsini elan etmek istəyəndə, vəsatətlərimin olduginu bildirdim. Sifahi bildirməyi təklif etdi. 3 hal üzrə vəsatət verdim, ən vacib olanı videomaterialların Sumqayıt polis idarəsindən və prokurorluqdan tələb edilməsi idi. Çünki heç bir şahid ifadələri üst-ustə düşməyən, eyni zamanda eyni şahidin müxtəlif ifadələrində ziddiyət oldugu halda, zərərcəkənlərin ifadələri ilə təqsirli səxslərin ifadələrində kəskin ziddiyətlər, eyni zamanda təqsirli şəxslərin kifatət qədər yalan danişmaqları (özünü mudafiə kimi anlamaq olar) olan bir işdə belə bir mötəbər sübutun videokadrlarin tələb edilərək sübut kimi istinad edilməsindən təbii heç nə ola bilməz. Əgər videokadrlar sübut kimi məhv edilibs, artıq həmin şəxs və ya şəxslər məsuliyyətə cəlb olunmalıdir. Faktiki olaraq bu mötəbər sübut mövcud olub, nəyə əsasən kəsilərək 1 dəqidə 35 saniyə və 24 saniyədən ibarən kiçik hissələr cinayət isinə daxil edilməlidir? Ən böyük sual budur. Hakim bu vəsatətimi və komission qaydada məhkəmə tibbi ekspertiza keçirilməsi, Subhan Abdulrəhimovun və təhqiqatcinin məhkəməyə dəvət edilməsi barədə vəsatərlərimi rədd edərək istintaqı yekunlaşdirdi. Həmin sürətlə də, məhkəmə çıxışlarina başladı. Dövlət ittihamçısı zərərçəkənin görmədiyi Bəxtiyar Fərəcova 9 il 6 ay iş istədi. Digərlərinə azadliğa bərabər bir il iş istədi, halbuki zərərcəkənə əsas xəsarətləri həmin şəxslər yetirib. Cıxışını yekunlaşdıran prokurora hakim mulki iddia baradə fikir bildirmək kimi xeberdarlıq etdi. O da qisaca rədd edilsin dedi. Bu minvalla çıxış üçün zərərcəkənin nümayəndəsi mən Quliyev İltimas Azad ogluna söz verdi. Cıxışa hazir olmadigimi bildirərək, növbəti prosssde çıxiş edəcəyimi bildirdim. Men çıxış etseydim inaniram bu surətlə hökmə oxunacaqdi. Anlaya bilmədim Sumqayıt Cinayətlər Məhkəməsinin hakimi(sədri) Rəşad Əliyevin bu surətini. Mənim çıxışımı növbəti prosesə saxlama istəyim olmasaydi, belə biabırçı formada bu boyda iş yekunlasacaqdı. Ona görə də ölkə başçısı cənab İlham Əliyevdən, Ədliyə Nazirliyindən, Məhkəmə Hüquq Şurasindan, Baş Prokurorluq, bütün aidiyyati orqanlardan xahiş edirəm ki, bu işə bir əncam cəkin. Bu qədər haqsızlıq olmaz. Bu günə kimi aidiyyati üzrə gondərdiyimiz bütün şikayətlər araşdirilmasi üçun Sumqayıt Agir Cinayətlər Məhkəməsinə göndərilib. Məktublarıma bu cur cavab gəlib. Bu da hakim Rəşad Əliyevin araşdırması…(aztoday.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar