Çərşənbə axşamı, 07 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Çin İran-Azərbaycan qarşıdurmasında maraqlı tərəfdir və Tehranı bu qarşıdurmaya sürükləyir?

Cənubi Qafqazda Çinin Türkiyə ilə rəqabətə girməsinə ehtimal vermək olarmı?..

Politoloq: “Çin üçün indi əsas imperialist maraq dövlətlərə iqtisadi təzyiqlər etməkdir. Bunun üçün də Çin ilk öncə dövlətlərə borclar verir. Hal-hazırda Çinin İran siyasəti belədir”.

““Bir kəmər, Bir yol” layihəsi üçün bölgədə sabitliyin olması gərəkir və onu da qeyd edim ki, məhz “xaos straregiyası” ABŞ-ın indiki geosiyasi tənəzzülünə yol açıb. Ona görə də Çinin ABŞ kimi davranacağına az ehtimal verirəm”.

Bu fikri politoloq Turan Rzayev Çinin İran-Azərbaycan qarşıdurmasında maraqlı olması ilə bağlı məlumatları PİA.az-a şərh edərkən qey edib.

Rusiya mətbuatında belə bir fikir səsləndirilib ki, İran-Azərbaycan gərginliyinin artmasında Çin maraqlıdır və Türkiyənin regionda artan nüfuzundan qorxan Pekin Tehranı Azərbaycana qarşı körükləyir. Eyni zamanda Rusiya da Ankaranı Azərbaycan və Gürcüstanda çox güclənməsindən narahatdır və bu məsələdə Çinlə həmfikirdir. Məlumata görə Pekin Ankaranın Cənubi Qafqazda əsas geosiyasi güc mərkəzinə çevrilən Ankaraın mövqelərinin getdikcə daha çox güclənməsindən daha çox narahatdır və bu artan gücün qarşısını almaq üçün İranın Azərbaycana daha çox təzyiq etməsini, eyni zamanda Azərbaycanda İranın Türkiyə qədər güclü mövqeyə sahib olmasını istəyir.

Movzunu PİA.az-ın əmkdaşı Turan Rzayevlə müzakirə edib.

Turan Rzayev: “Bütün hallarda “Bir kəmər, Bir yol” layihəsinin uğurla həyata keçirilməsi üçün Türkiyə faktoru çox önəmlidir və zənnimcə Pekində də bunu çox yaxşı anlayırlar”.

Türkiyənin uzun müddətdir uyğur məsələsində Çinə təzyiq etdiyini xatırladan politoloq bildirib ki, bu prizmadan yanaşsaq Çinin Türkiyəni zəiflətmək kimi variant ağıla gəlir. Amma digər tərəfdən Çinin “Bir kəmər, Bir yol” layihəsinin reallaşmasında Türkiyənin də payı var və Çin Türkiyəyə də bu layihə üçün kifayət qədər vəsait ayırıb. Politoloq PİA.az-a açıqlamasında Çinin Azərbaycan-İran gərginliyində maraqlı olmasına inanmadığını qeyd edib:

“Mən düşünmürəm ki, Çin Azərbaycan-İran gərginliyində maraqlı olsun. Bildiyimiz kimi Çinin “Bir kəmər, Bir yol” layihəsi var. Bildiyim qədər Çin bu qlobal əhəmiyyətli bu geosiyasi və geoiqtisadi layihəni reallaşdırmaq Pakistan, Hindistan və İrana külli miqdarda sərmayə qoyub. Bu layihənin İran üzərindən keçən xəttinin ərsəyə gəlməsi üçün Çin İrana 500 milyarddan çox vəsait ayırıb və bu çox böyük sərmayədir. Öz növbəsində Çin İran iqtisadiyyatına kifayət qədər dəstək verib. Çinin İrana verdiyi dəstək də ABŞ və Qərbin İrana tətbiq etdiyi sanksiyalara görə həyatı əhəmiyyətə malikdir.

Bu reallıqla çərçivəsində Çinin İran-Azərbaycan gərginliyindən hansısa maraq güdməsi anlaşılmazdır. Çin regiondan uzaqda yerləşir və Pekinin imperialist maraqları belə regionda yalnız iqtisadi sferada keçərlidir.

Qeyd edim ki, Çinin siyasəti fərqlidir. Çin dövlətlərə maksimum borc verir və tədricən həmin dövlətlərin daxili siyasətinə müdaxilə edir. Biz Çinin bu siyasətini ABŞ-ın “Böyük Dəyənək” siyasətinə bənzədə bilərik. ABŞ da vaxtı ilə dövlətlərə borc verib, daha sonra onların daxili işlərinə müdaxilə edirdi. Amma inanmıram ki, Çin ABŞ-ın yolu ilə getmək istəsin və xaos strategiyası ilə öz maraqlarını reallaşdırmağa cəhd eləsin. Çünki “Bir kəmər, Bir yol” layihəsi üçün bölgədə sabitliyin olması gərəkir və onu da qeyd edim ki, məhz “xaos straregiyası” ABŞ-ın indiki geosiyasi tənəzzülünə yol açıb. Ona görə də Çinin ABŞ kimi davranacağına az ehtimal verirəm.

Turan Rzayev: “Çin güclü Türkiyəni avtomatik olaraq özünün rəqibi olaraq görür və bura uyğur məsələsini də əlavə edərsək, onda Pekinin daha ayıq-sayıq davranması normaldır”.

Bildiyimiz kimi Türkiyə uzun müddətdir uyğur məsələsində Çinə təzyiq edir. Bu prizmadan yanaşsaq Çinin Türkiyəni zəiflətmək kimi variant ağıla gəlir və bir qədər məntiqə uyğundur. Amma digər tərəfdən Çinin “Bir kəmər, Bir yol” layihəsinin reallaşmasında Türkiyənin də payı var və Çin Türkiyəyə də kifayət qədər vəsait ayırıb.

Çin üçün indi əsas imperialist maraq dövlətlərə iqtisadi təzyiqlər etməkdir. Bunun üçün də Çin ilk öncə dövlətlərə borclar verir. Hal-hazırda Çinin İran siyasəti belədir. Amma bunun Türkiyəyə aid edilib edilməməsini deyə bilmərəm. Bir faktı deyim ki, əvvələr Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uyğur məsələsinə görə Çini ittiham edirdi. Amma Çin Türkiyəyə vəsait ayından sonra Ərdoğan bu ittihamları etmir və demək olar ki, Pekinlə Ankara razılaşdırılmış siyasət yürütməkdədirlər. Ola bilər ki, doğrudan da Türkiyənin Azərbaycanda və Gürcüstanda əsas geostrateji mövqeyə sahib olması Pekini narahat etsin. Çünki Çin güclü Türkiyəni avtomatik olaraq özünün rəqibi olaraq görür və bura uyğur məsələsini də əlavə edərsək, onda Pekinin daha ayıq-sayıq davranması normaldır. Lakin bütün hallarda “Bir kəmər, Bir yol” layihəsinin uğurla həyata keçirilməsi üçün Türkiyə faktoru çox önəmlidir və zənnimcə Pekində də bunu çox yaxşı anlayırlar.

Onu da qeyd edim ki, Çinə görə pulla ediləcək təzyiq hərbi təzyiqdən daha effektivdir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub

Deputat Ülvi Quliyev “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? - Fotofakt

Elman Rüstəmovun kürəkəni milyonları Avropaya belə daşıyır – Foto

Yeni nazir müavini təyinatından danışdı - Foto

Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi

Kəmaləddin Heydərov Astara sakinlərinə 18 villa tikir? 

Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır... - İddia

Azərbaycanda dizelin qiyməti kəskin qalxacağı deyilir... - Hökümət daxili bazarda qiymətləri hansı səviyəyə çatdırmaq istəyir?

Novella Cəfəroğlu: "Gedib deyirik ki, Tofiq Yaqublunu yaxşı edib döyümüsünüz?!"

Rüşvət alan Dövlət Xidmətinin vəzifəli şəxslərinə hökm oxudu

İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib - Yenilənib

Ən çox oxunanalar