Cümə axşamı, 27 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Çin Hindistanla yeni toqquşmaya hazırlaşır

Çin-Hindistan sərhədinin dağlıq ərazisində - Ladakx bölgəsində yenidən gərginlik gözlənilir. Məsələn burasındadır ki, iki dövlətin yüksək rütbəli hərbçiləri və rəsmiləri arasında uzun müddətdir aparılan danışıqlar, nə az, nə çox 14 görüş nəticə verməyib. Bu isə o deməkdir ki, 2020-ci ildə sərhədin həmin hisssəində baş verən toqquşmanın təkrarlanması ehtimalı yüksəkdir.

Çin sərhədin dağlıq hissəsinə əlavə qüvvələr yerləşdirməkdə davam edir. Hindistan buna cavab olaraq eyni addım atıb. Hər iki ölkə sərhədin dağlıq hissəsinə ağır hərbi texnika, tanklar və artileriya qurğuları yerləşdiriblər. Pekin düşünürdü ki, Hindistan onun hərbi gücü qarşısında geri çəkiləcək. Ancaq Dehli sərhədin dağlıq hissəsini Çinə güzəştə getmək istəmir.

Danışıqların nəticə vermədiyi dövrdə Çin Himalay dağlarında daha çox qüvvə toplayacaq. Çin parlamentinin qərarına görə də həmin ərazilər güzəştə gedilməyəcək. Pekin bu durumdan narahat deyil, Hindistan hökuməti isə mövcud vəziyyətə görə Çinlə siyasi və iqtisadi əlaqələrini faktiki dondurub. Dehli sərhədlə bağlı razılaşmadan sonra münasibətlərin normallaşacağına ümid edir. Ancaq bu ümidlər özünü doğrultmur.

Çin sərhədin mübahisəli hissəsində körpü inşa edib. Hindistan isə hesab edir ki, həmin körpü 60 ildir Çinin işğal altında saxladığı ərazidə inşa edilib. Pekin Dehlinin bu iddialarını qəbul etmir. Çin inşa etdiyi yeni körpü vasitəsilə sərhədə daha çox hərbi texnika keçirə biləcək. Körpünün altından keçən çayın 75 faizi də Çinin nəzarəti altındadır.

“Röyter” agenliyinin məlumatına görə Çin yalnız Hindistanla deyil 800 min əhalisi olan kiçik Butan dövləti ilə sərhəddə inşaat işləri aparır. Butan Hindistanın müttəfiqidir. Bəlkə buna görə Pekin Butanla sərhədə də iddia edir və sərhədin bu istiqamətində əlavə hərbi qüvvə toplayır.

Sərhədlərlə bağlı hazırki durum Çinlə Hindistan arasında yeni toqquşma ehtimalını artırır. Mövcud vəziyyət Hindistanı daha çox ABŞ-la müttəfiqliyə yaxınlaşdıracaq. Rusiya istəmir ki, Dehli Vaşinqtonla strateji tərəfdaşlığını gücləndirsin. Rusiya prezidenti Vladimir Putinin ötən ay Hindistana rəsmi səfəri də bundan xəbər verirdi. Ancaq Pekinin siyasəti Kremli Hindistanı Rusiyaya yaxınlaşdırmağa imkan vermir. Kreml sərhəd məsələsində tərəfdaşı Pekinin siyasətinə təsir etmək istəmir. Belə olduqca da Dehli Moskva – Vaşinqton seçimində ikinciyə daha çox üstünlük verəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Elmlər Akademiyası başdan ayağa donqliləşib – Bütün rəhbərlik naxçıvanlıdır

Sahil Babayev həbs edilə bilər - 1000 nəfərin imzasıyla prezidentə, Baş Prokurorluğa, və  DTX-ya müraciət edildi

Vəfat edən şəxsin pensiya kapitalının taleyi parlamentdə müzakirə edilib

Deputat Mahir Abbaszadənin ev və maşın qiymətinə olan saatları

“Nazir töhmət alan müəllimdən üzr istəməlidir" - Millət vəkilindən etiraz

Keçmiş baş nazir Putini ölkəsinə qoşun yeritməyə çağırır - Onun adı Rusiya kəşfiyyatına işləyənlər arasındadır

NATO daxilində narazılıq artır: Bu ölkə qoşun göndərməyəcək!

Nazir generalın qardaşını Mirqafar Seyidova müavin təyin etdi

Maqsud Mahmudov tanınmış müğənnini videolarla şantaj edib

Ən çox oxunanalar