Çərşənbə, 22 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Çin əjdahasının Suriyaya girişi - Vaşinqton buna göz yumacaqmı?..

ABŞ Suriyada Çinə daha xüsusi yanaşmalıdır. Çünki Çin digərləri kimi deyil...

Fayez Sara
“Şarkul Avsat” qəzeti, Türkiyə, 27 iyul 2021-ci il

Çin 10 ildir ki, silahlı müdaxilə metoduna müraciət etmədən Suriya inqilabına qarşı çıxmaq üçün Rusiyaİranın münasibətinə bənzər şəkildə Əsəd rejiminin tərəfini tutaraq öz sabit mövqeyini qoruyur. Rusiya ilə yanaşı, Çinin ən vacib rolu, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Əsəd rejiminə beynəlxalq qorunma təmin etmək idi. Çünki Çin Əsəd rejimini qınayan və ya zərər verən hər hansı bir qərarın qarşısını almaq üçün öz veto hüququndan istifadə edirdi. Bu günə qədər Rusiya və Çin təmsilçiləri BMT TŞ-də Əsəd hökumətini qınayan 15-dən çox qətnaməni ləğv ediblər.

Çinin Əsəd rejiminə olan münasibəti həm hakim kommunist partiyanın Çində demokratik dəyişikliklərə və azlıqların hüquqlarına nail olmaq cəhdlərinə qarşı çıxan siyasəti ilə üst-üstə düşür, həm də açıq şəkildə Pekinin xarici siyasətinə uyğun gəlir. Çinin xarici siyasəti üç əsas məqama diqqət yetirir: digər dövlətlərin daxili işlərinə qarışmamaq, öz suverenliyini qorumaq və daxili işlərini yaxşılaşdırmaq. Bu günkü dünyada bu siyasətin məzmunu və düzgünlüyü barədə nələrsə deyilsə də, Pekinin Suriya məsələsindəki siyasəti Çinin yuxarıda qeyd olunan siyasətinə daha yaxındır.

Bu çərçivədə 10 il sonra Çin xarici işlər naziri Vanq Yi Dəməşqə səfər edib, Bəşər ƏsədSuriyanın xarici işlər naziri Feysəl Mikdadla danışıqlar aparıb. Bu danışıqların məqsədi siyasət, pul, iqtisadiyyat, texnologiya və hərbi güc kimi təsirli vasitələrlə dünya lideri olmağa çalışan Çin Əsəd rejimi ilə arasında əlaqələri daha da yaxşılaşdırmaq və problemləri aradan qaldırma idi. Bunun üçün Çini bu istiqamətə aparan üç səbəbə diqqət yetirmək vacib olacaq.

Birinci səbəb Çinlə Əsəd rejimini son 50 ildə bir-birinə bağlayan ənənəvi münasibətlərdir. Əslində, iki ölkə arasındakı münasibətlər 1950-ci illərə gedib çıxır. Bu münasibətlər siyasi və iqtisadi əməkdaşlığı gücləndirib. Çin uzun illər boyu ata və oğul Əsədləri dəstəklədikdən sonra, təbii olaraq, hazırkı mərhələdə əməkdaşlığı da itirmək istəmir və rejimi Rusiayanın əlinə buraxmaq istəmir. Əslində, Çinin bu dəstəyi Əsəd rejimini heç kimin mane ola bilməyəcəyi imtiyazlarla da təmin edir.

İkincisi səbəb Çinin bölgədəki əksər ölkələrlə “Bir Kəmər Bir Yol” strategiyası çərçivəsində əlaqələr qurmasıdır. Bu strategiya qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində yeni bir metoddur. Bu strategiya Körfəz ölkələri, İran, Türkiyə və İsrail ilə əlaqələr qurularkən əsas götürüldü. Dəməşq ilə münasibətlər nizamsız olduğundan Pekinin regional strategiyası çərçivəsində iki ölkə arasındakı münasibətləri yeniləmək və yaxşılaşdırmaq lazımdır.

Üçüncü səbəb isə odur ki, Pekinin maraqları Suriyadakı tərəfdaşlarının maraqları ilə uzlaşır. Çünki çinlilər əvvəllər Somali, Sudan və Yəməndə olduğu kimi diktatura ilə idarə olunan münaqişəli ölkələrdəki imkanlarla birlikdə, daima investisiya imkanları axtarırlar. Pekin bu investisiyaları müxtəlif yollarla qoruya biləcəyini düşünür. Amerikanın sanksiyaları kimi müxtəlif səbəblərdən bir çox ölkə Suriyanın yenidən qurulmasında və maliyyələşdirilməsin­də iştirak edə bilməsə də, Pekin bunun öhdəsindən gəlmək üçün böyük bir enerjiyə sahibdir.

Beləliklə, Cinlə münasibətləri üst səviyyəyə çıxararaq Əsəd rejimi öz problemlərini həll etmək üçün daha əlverişli imkanlara sahib olacaq. Digər tərəfdən, ruslar, iranlılar və digərləri əməllərinə və gözləntilərinə uyğun olmayan siyasi və maddi qazanc əldə etmək imkanlarına sahib olacaqlar. Ancaq bu qazancları arxa planda Çin kimi bir ölkə olmadan əldə etmək çətindir. Bunun üçün Çinin Suriyaya girişini dəstəkləyəcəklər. Rus müttəfiqlərinin Suriyada aktiv rol alamaq üçün Pekini təhrik və təşviq etdiyini deyənlər var. Ancaq bu, dəqiq məlumat deyil.

Yuxarıda göstərilən səbəblərə görə, bəlkə də, Pekinin dəyərləndirmələrində­n qaynaqlanan digər səbəblərə görə, deyə bilərik ki, Çin xarici işlər nazirinin Dəməşqə səfəri Pekinin Suriya məsələsinə münasibətində dönüş nöqtəsi sayıla bilər. Əslində, 2015-ci ilin sonunda Rusiyanın atdığı addım Suriyaya yeni bir gündəm və düzən gətirdi. O zaman Moskva Bəşər Əsədin dəvəti ilə bu ölkəyə hərbi müdaxilə edərək Suriya məsələsinə yeni bir ölçü qazandırdı.

Hesab etmək olar ki, xarici işlər naziri Vanq Yinin Dəməşqə səfəri Çinin illərdir gizlədilmiş rolunu Suriyaya müdaxilə edənlərin masasına gətirdi. Ruslar və iranlılar Pekini təşviq edərkən, türklər və israillilər Pekinə mane olmur, ərəblərin əksəriyyəti isə bitərəf qalırlar. Avropalılar da Suriya məsələsindən məyus olduqları üçün Çinin Suriyaya girişi daha az maraqlanırlar. Bu, o deməkdir ki, Çinin Suriya “çıxarması” ABŞ-ın problemidir və Vaşinqton əsas rəqibi ilə Suriyada da çarpışmaq məcburiyyətindədəir.­ Suriyada gündəmə gətirilməli olan xaos da bundan ibarətdir.

Suriya və ümumiyyətlə, Yaxın Şərq ABŞ prezidenti Co Bayden administrasiyasının marağından kənarda olduğuna görə, Çinin Suriyaya girməsi Vaşinqton üçün ciddi maraq kəsb etmir. Ancaq Vaşinqton bu məsələyə tamamilə göz yuma da bilməz.

Əslində, Rusiya xaricində Suriyadakı mövcud regional və beynəlxalq müdaxilələrdə Vaşinqtonun əli var. Bu halda Vaşinqton, bu vəziyyəti mütləq şəkildə düşünəcək. Lakin ABŞ Suriyada Çinə daha xüsusi yanaşmalıdır. Çünki Çin digərləri kimi deyil...

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Çin Suriya

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

“Erməni maşınları rədd olur gedir, bizi saxlıyırlar...”

Məktəblərin “əl yandıran” bahalı qiymətləri: 68 min… - Siyahı

Qisas zəminində qətl: Azərbaycanlı gəncin ayağına ağır əşya bağlayıb suya atdılar

İrandakı soydaşlarımız etiraza qalxır: Tehrana bir həftə vaxt verildi

Pakistan Azərbaycana görə İrana xəbərdarlıq edib: "Elə etməyin ki, Tehrana qoşun yeridək"

Bu müğənnilər də cinayət məsuliyyətinə cəlb oluna bilər

Koronavirus xəstələrindən pulu necə alıblar? – Sensasion mesajlar üzə çıxdı

“Nə dövlətimiz var, nə müstəqilliyimiz - Şərəfimiz də yoxdur, Qarabağ da...”

“Yeni Klinika”nın direktoru: "İpotekada olan evdən və bir maşından başqa nəyim var?"

Londonda meşəsi olan sabiq nazir indi haradadır? – Unudulan məmurlar

Səttar Möhbalıyevin 30 illik fəaliyyəti yoxlanılmalı, o layiq olduğu cəzanı almalıdır- Qudaların “işbirliyiİ”…

“Bandotdel” 20 nəfərlik narkotacir şəbəkəsini saxladı - Başçıları qadın olub - Foto

Ən çox oxunanalar