Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning fevralın 2-də Pekində keçirdiyi brifinqdə bildirib ki, BMT Təhlükəsizlik Şurasının islahatı qurumun nüfuzunu və effektivliyini artırmalıdır…
PİA.az xarici mətbuata əsasən xəbər verir ki, Mao Ninq BMT Baş Assambleyasının sədri Çab Kyoryoşinin BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyi ilə bağlı bəyanatını şərh edib.
Çin diplomatı qeyd edib ki, ÇXR-in nəzərincə, Təhlükəsizlik Şurasının islahatı onun nüfuzunu və effektivliyini artırmalıdır.
“İnkişaf etməkdə olan ölkələrin təmsilçiliyinin və təsirinin artırılması, daha çox kiçik və orta səviyyəli ölkələrə təşkilatın qərarlarının qəbulunda iştirak etmək imkanının verilməsi BMT Nizamnaməsinə uyğun olaraq Təhlükəsizlik Şurasının daha yaxşı fəaliyyətini təmin edəcəkdir”, deyə Çin Xarici İçlər Nazirliyinin rəsmisi bildirib.
“Çin Təhlükəsizlik Şurasının islahatı məsələsi üzrə Baş Assambleya çərçivəsində müzakirələrdə konstruktiv rol oynamağa davam edəcək”, deyə Mao Ninq yekunlaşdırıb.
pia.az