Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin Amerikanın 600 milyard dollarını necə ələ keçirib?

Qərb ölkələri uzun illər keçmiş SSRİ xəfiyyərləri ilə mübarizə apardılar, imperiya dağıldıqdan sonra Rusiya kəşfiyyatçıları “fəaliyyətə” başladılar. Qərb ölkələrinin əks-kəşfiyyat xidmətləri hazırda Çinin böyük kəşfiyyat şəbəkəsi ilə mübarizə aparmaq məcburiyyətindədir.

Qərb mütəxəssislərinin qənaətinə görə, Çin kəşfiyyatı Rusiya kəşfiyyatı qədər fəaldır, bəzi istiqamətlərdə də isə rusiyalı həmkarlarını üstələyirlər. Böyük Britaniya kəşfiyyat xidmətinin rəhbərinin sözlərinə görə, Çin kəşfiyyatçıları səbirlidirlər, tələsmirlər, gəldikləri ölkələrə uzun müddət uyğunlaşırlar, əlaqələr qururlar və bundan sonra fəaliyyətə başlayırlar. Çin kəşfiyyatçıları bu zaman Qərb ölkələrindəki diaspora nümayəndələrindən və informasiya texnologiyaları mütəxəssiləri ilə təmaslarından faydalanırlar. Qərb ölkələrinin əsas diqqəti Ukraynaya yönəlsə də, Çin kəşfiyyatı ilə mübarizəyə də böyük resurslar cəlb olunub.

“Financial Times” nəşrinin yazdığına görə, Çin kəşfiyyat çalışmalarında qadınlardan da istifadə etməyə başlayıb. Bu keçmiş SSRİRusiya kəşfiyyatının istifadə etdiyi üsullardandır. Bir neçə il əvvəl Fransa kəşfiyyatının Çin səfirliyindəki təmsilçisi səfirin çinli xanım tərçüməçisinin tələsinə düşüb. Çinli xanım məxfi məlumatlara yiyələnə bilib. Fransanın başqa bir keçmiş xəfiyyəsi də Çinə məlumat ötürərkən yaxalanıb.

Çin xəfiyyə işinə minlərlə insanı və milyardlarla dolları cəlb edib. Ona görə hər hansı kəşfiyyatçının və xəfiyyənin həbsi Pekini narahat etmir. Həbs olunanların yeri boş qalmır. Çində 2017-ci ildə qəbul olunan qanuna görə, “bütün vətəndaşlar və təşkilatlar” milli kəşfiyyat xidmətinə kömək və əməkdaşlıq etməyə borcludurlar.
Əgər rus kəşfiyyatçıları və xəfiyyələri başqa dövlətlərin hərbi sirlərini öyrənməyə çalışırlarsa, çinli kəşfiyyatçılar və xəfiyyələr kommersiya və texnoloji sirlərin öyrənilməsinə üstünlük verirlər. Çünki Çin Rusiyadan fərqli olaraq dünyanın ən böyük iqtisadiyyatına malik ölkəsi olmağı qarşısına məqsəd qoyub. Rusiyanın belə bir hədəfi yoxdur. Əksinə, Ukraynaya qarşı işğalçı müharibə Rusiya iqtisadiyyatını geri atmaqda davam edir. Amerikalı keçmiş kəşfiyyat zabitinin Rusiya və Çin kəşfiyyatı arasında fərqi bir misalda göstərib: “Tutaq ki, Rusiya və Çin düşmən saydıqları ölkədən qum nümunəsi gətirməlidirlər. Rusiya bu məqsədlə az heyəti olan sualtı gəmi göndərəcək və onlar qumu vedrələrə dolduracaqlar. Çin isə minlərlə üzgüçünü göndərəcək və kifayət qədər quma sahib olacaq”. Təsadüfi deyil ki, bəzi qiymətləndirmələrə görə Çin il ərzində ABŞ-dan il ərzində 600 milyard dollar (?!) həcmində sənaye və ticarət sirləri oğurlamağa müvəffəq olub. Nəhəng “Microsoft” şirkəti də çinli xəfiyyələrin qurbanı olub, 2021-c ildə sirləri oğurlanıb.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar