Bazar ertəsi, 27 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ceyhun Səfərov “Azəriqaz”-dakı vəzifəsindən azad olundu

Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov başqa işə keçməsi ilə bağlı tutduğu vəzifədən azad olunub. Bu münasibətlə Birlik rəhbərliyi yanında görüş təşkil olunub.

Bu barədə PİA.az-a “Azəriqaz”dan məlumat verilib.

C.Səfərovun qurumun ictimaiyyətlə əlaqələri sahəsində müsbət irəliləyişlərə nail olduğunu qeyd edən baş direktor Ruslan Əliyev, onun bu sahədə məlumatlı bir kadr kimi yetişdiyinə diqqət çəkib. Vurğulanıb ki, o, kollektivdə rəğbət qazanıb və fəaliyyəti müddətində peşəkarlığı ilə seçilib. R.Əliyev bildirib ki, tanınmış jurnalist olan C.Səfərovla “Azəriqaz” İB-nin yolları tamamilə ayrılmır. Onunla bundan sonra da əməkdaşlıq ediləcək və qazandığı təcrübədən bəzi istiqamətlərdə yararlanacaqlar. Ceyhun Səfərov ona göstərilən diqqətə görə təşəkkür edib və “Azəriqaz” İB kollektivinin onun üçün doğma olduğunu vurğulayıb. Daha sonra “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatındakı fəal iştirakına görə Ceyhun Səfərovu Fəxri fərmanla təltif edib, kollektivlə birgə xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, C.Səfərov “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə 2 il bundan öncə təyin edilmişdi.

 

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Tərtərdə eşidilən partlayış səslərinin səbəbi: Ruslar Ağdərədə erməni mövqelərini partladır?

Putinin qarşısında 3 şərt: Əgər razılaşarsa, Xankəndidə və…

Güney Azərbaycanlılar SEPAH-ın hərbi təliminə qatılmaqdan imtina ediblər

“Yaxınlaşıb qulağına dedim ki, sənə xəyanət etmişəm” – Aktyor cütlüklə 

Səddam Hüseynin qəddar oğlu - Məğlub idmançıların ailələrinə belə işgəncə verən Uday Hüseynin şok əməlləri

“Məhəbbət Vəliyeva 25-dən çox qohum və rəfiqəsini direktor təyin edib...” - Deputat

Kəmaləddin Heydərov zabitlərin kirayə pulunu hələ də ödəməyib – Problem

Əri ölən "Elif" uzun müddət sonra bu halda görüntüləndi - Foto

"Göbəklitəpədə 10 min il yerin altında qalan “gizli xəzinə” üzə çıxarılıb" - Fotolar

Ən çox oxunanalar