Bazar ertəsi, 06 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Cərimələrdən şikayət edən sürücülərə DYP-dən çağırış

Bakı Şəhər Dövlət Yol Polisi qaydaları pozub, daha sonra cərimələrdən şikayət edən sürücülərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, bu gün paytaxt ərazisində sıxlıqdan və parklanma imkanlarının məhdud olmasından narazılıq edən sürücülər mərkəzi küçə və prospektlərdə dayanma-durma qaydalarını pozmaqla hərəkətin iflic olmasına gətirib çıxarır:

“Məsələn, övladını 28 May küçəsində yerləşən 23 saylı orta məktəbə, Bakıxanov küçəsi 60 saylı məktəbə aparan valideynlər sıxlıqdan narazılığını bildirirlər. Bu cür misalları daha da genişləndirmək olar. Paytaxtda yaşayan hər bir sakin düşünməlidir ki, parklanma üçün yer yoxdursa, onlar üçün park yeri mərkəzi küçə və prospektlərin yolları olmamalıdır.

Bəzi insanlar paytaxtdakı həyat tərzini Şamaxı, Yardımlı, Lerik, Naxçıvan və digər yerlərlə səhv salırlar. Cərimələrdən şikayətlənmək, parkinqlərin olmamasından narazı olmaq bu gün hərəkət sıxlığının qarşısını alacaq addım deyil”.

“DYP şəhərsalmanı, yollardakı infrastruktur problemlərini həll edən qurum deyil. Mövcud infrastrukturda hərəkətin müntəzəmliyini təmin etməyə çalışırıq. Yol polisi bu cür narazılıqların qarşısının alınması üçün bir daha sürücülərə müraciət edir. Dayanma-durma tələblərinə əməl etməyərək məsuliyyətsizlik nümayiş etdirən sürücülərə münasibət inzibati tənbeh tədbirlərinin seçilməsinə səbəb olur”, - deyə A.Əsgərli bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gəncədəki dəhşətli qəzanı orta məktəb şagirdi törədib - Fotolar, Yenilənib

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub

Deputat Ülvi Quliyev “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? - Fotofakt

Azərbaycanda 11 yaşlı oğlan 14 yaşlı qardaşını güllələyərək öldürdü

Hökumətin subsidiya qərarı: Dizel yanacağı yenə bahalaşır?

Elman Rüstəmovun kürəkəni milyonları Avropaya belə daşıyır – Foto

Yeni nazir müavini təyinatından danışdı - Foto

Bakıda “AA” seriyalı maşının sürücüsü qazinin yolunu kəsib onu söydü – Video

Rusiyada yaşayan tanınmış azərbaycanlı jurnalist vəfat edib

Baş qərargah rəisini təhqir etdi: "Onda bildim ki, bu adam idiotdur"

İşsizlərin nəzərinə! - Bu sənədləri təqdim edin və... - Video

Ən çox oxunanalar