Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Qafqazın xaosa və cəhənnəmə çevirilmə planı- Xəzər regionunda olub bitənlər...

Onlar üçün önəmli olan odur ki, hər hansı bir tərəf qalib gəlməsin və bölgə cəhənnəmə çevrilsin…

Süleyman Seyfi Ogun
“Yeni Şafak” qəzeti, 28 noyabr 2022-ci il

Rusiya ilə Ukrayna arasında müharibə, sanksiyalar və nəhayət, “Şimal axını” boru kəmərinin sabotajı Avropa və Asiya arasında kontinental miqyasda artan ticarət əlaqələrinin pozulması deməkdir. Bu baxımdan İngiltərə-Amerika ittifaqının məqsədinə nail olunduğunu deyə bilərik.

Onilliklər ərzində həm ABŞ-da, həm də Böyük Britaniyada istehsal itkiləri, sənayenin və kapitalın yerdəyişməsi və nəhayət, texnoloji üstünlüyün Çinə verilməsi, bu iki Atlantik dövlətini dərindən narahat edirdi.

Gəlin əvvəlcə Sakit okeana nəzər salaq. Uzun müddətdir ki, tənəzzül yaşayan Yaponiya artıq Çinlə rəqabət apara bilmir. Dünyanın “çip mərkəzi” olan Tayvan Çin mühasirəsi altındadır. 2000-ci illərin əvvəlindəki bütün böhranlara baxmayaraq, Almaniya başda olmaqla Avropa Birliyinin Rusiya ilə enerji əlaqələrinin gücləndirməsi, Çinin texnologiya liderinə çevrilməsi Atlantik mərkəzli hegemon dünyanın sonu demək idi.

Çin “Bir kəmər, Bir yol” layihəsinə sərmayələrini davam etdirir, Avropada liman ardınca liman almaqla yayılırdı. Pekin həmçinin Atlantik hegemonluğunun ehtiyat pul hökmranlığını aradan qaldırmağa yönəlmiş addımlar atmağa başlamışdı. Bütün bunlar sakitcə seyr edilə bilməzdi.

Nəhayət, düyməyə basıldı. Ukrayna seçildi və müharibə qızışdırıldı. Makro planda müharibənin məqsədi E40 su yoluna (Baltik-Qara dəniz əlaqəsi) həm üfüqi oxda (“Şimal axını” qaz kəmərini), həm də şaquli oxa nəzarət edərək Avropa ilə Asiya arasında əlaqəni kəsmək idi. Onlar uğur qazandılarmı? Bəli.. Hətta “Şimal axını” enerji xəttinin təmiri də indi ən azı on il çəkəcək. Xerson isə ən azı E-40-ın işlək olmadığını ifadə edir.

İndi isə anqlosakslar deyəsən, ssenarinin ikinci mərhələsinə keçiblər. Onların niyyəti Qafqazdan keçməklə Rusiyanı Qara dənizdə sıxışdırmaq və ikinci böyük enerji dəhlizi olan Xəzərə mütləq nəzarəti ələ keçirməkdir.

Burada təhlükə altında olan bir çox dövlətlər var, o cümlədən Türkiyə də. Burada vurğulamaq istərdim ki, istənilən halda məqsəd Xəzərdə və Qafqazda böyük xaos yaratmaq, mümkünsə, burdakı prosesləri müharibə vəziyyətinə gətirməkdir.

Azərbaycan-Ermənistan gərginliyinin yeni qeyri-sabitlik mərkəzi kimi seçildiyini düşünmək üçün çoxlu səbəblər var. Rusiya ilə enerji xətti kəsilən Aİ Xəzərin enerji resurslarından möhkəm yapışaraq Azərbaycana, o cümlədən Türkmənistana yönəldi. (Aİ-də Əliyevi necə yüksək protokolla qarşıladığını xatırlayaq - bunu Almaniyanın mövqeyi kimi də qəbul edə bilərik).

Son müharibədə Ermənistan ağır zərbələrə məruz qaldı və Azərbaycan Qarabağın mühüm hissəsini geri aldı. Sonradan Türkiyə ilə strateji müttəfiqlik sazişi bağlayan Azərbaycan bütün dünya dövlətlərinin diqqət mərkəzinə çevrildi.

Təbii ki, Rusiya Azərbaycanla Ermənistan arasında gərginliyin böyüməsini və regiona, xüsusən də Gürcüstana sıçramasını istəmir. Türkiyənin də bölgədəki təşəbbüsündən məmnun olduğunu deyə bilmərik. Fransa və ABŞ öz cəmiyyətlərində çəkisi olan erməni diasporu tərəfindən sıxışdırılır və bu təsir nəticəsində Fransa Ermənistanın tərəfinə keçdi. Almaniya isə bu məsələdə kifayət qədər susqunluq nümayiş etdirir.

Almaniyanın tərəddündən öz adı vəgeosiyasi hesabları üçün yeni liderlik fürsəti əldə etməyə çalışan Fransa Avropanın, xüsusən də Almaniyanın Xəzər nefti və təbii qazı ilə görüşmələrinin davam etməsini istəmir. Aydındır ki, Atlantik Blok da Aİ-Xəzər əməkdaçlığının inkişafını istəmir. Ona görə də onların da öz ağırlığını Ermənistanın tərəfinə qoyması tamamilə başa düşüləndir.

Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq, Türkiyə-Azərbaycan müttəfiqliyini zəiflətmək Atlantik Blokub ən böyük qazancı olacaq. Son vaxtlar Paşinyan da bu xəttdə oynayır. Rusiyanın strateji seçiminin necə olacağı maraq doğurur.

Fransa, ABŞ və Böyük Britaniyaya qarşı Türkiyə-Azərbaycan ittifaqı güclənirsə, Ermənistanın itirəcəyi şübhəsizdir. Əks halda Azərbaycan və Türkiyə ilə münasibətlər problemlərlə üzləşəcək və zəifləyəcək. Üstəlik, Rusiya İsrail və İran arasında seçim etməli olacaq.

Bəli, məsələnin daha da böyüdüyüb çıxmaza girdiyi yer budur. Çünki Azərbaycan-Ermənistan gərginliyində həm İsrail, həm də İran iştirak edir. İran açıq şəkildə Ermənistanın tərəfini tutur və Azərbaycanı hədələyir. İsrail isə bütün gücü ilə Azərbaycanın yanındadır. Bir çox məsələlər isə hər ikisinə eyni vaxtda ehtiyacı olan Rusiyanın bölgədəki türk-fars gərginliyini necə idarə etməsindən asılı olacaq.

İranın qədim coğrafiyası eyni vaxtda həm Qafqaza, həm də Körfəzə açılır. Tehranın təsir dairəsi Şərqi Aralıq dənizinə qədər uzanır. İran Şərqdə Pakistanla həmsərhəddir. Bu üzdən də Çinlə uzunmüddətli razılaşmalar zamanı İran üçün işlərin qarışacağını proqnozlaşdırmaq olar.

Düşünürəm ki, kritik olan İranın atdığı son addım idi. Əgər bu olmasaydı, Atlantik Blokun İrandakı rejimin yaşaya bilməsi üçün çox səs-küy salmazdı. Hətta İsrail də uzaqdan rejimlə münaqişədə qalmağı öz milli maraqları üçün doğru hesab edə bilərdi, bir şərtlə ki, İran təhlükəsi onun üçün çox böyüməsin. Lakin İsrail Türkiyəyə nisbətən öz maraqlarına uyğun yaxınlaşaraq Şimaldan İrana qarşı dağıdıcı cəbhə açıb və tam şəkildə Azərbaycanda yerləşib. İranda rejimə qarşı genişlənən və davamlı hala gələn etirazların MOSSAD-ın işi olduğunu düşünmək üçün çoxlu səbəblər var. Çünki İsrail İran dar ağacına götürür və ipini çəkməyə qərar verib.

Bayden və Demokratlar İsrailə rəğmən İrana qarşı yumşaq siyasət yürütməkdə qərarlı olsalar da, məncə, İran-Çin yaxınlaşmasına əsaslanan Pentaqon və ABŞ Mərkəzi Komandanlığı bundan sonra İrana qarşı tolerantlıq nümayiş etdirməyəcək.

İsrailin Qafqazdakı müstəqil faəliyyətini və hərəkətlərini Pentaqon ABŞ Mərkəzi Komandanlığı uzaqdan izləyir. Düşünürəm ki, onlar burada xaos nəzəriyyəsini işlətməyə başlayılar. Onlar üçün önəmli olan odur ki, hər hansı bir tərəf qalib gəlməsin və bölgə cəhənnəmə çevrilsin.

Necə ki, Rusiya-Ukrayna müharibəsinin başlaması üçün əllərindən gələni etdilər, şübhə etmirəm ki, Qafqazda da da eyni şeyi edəcəklər və bölgəni cəhənnəmə çevirəcəklər.

Tərcümə PİA.az-a aiddir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar