İtaliyada "Atalanta" və İspaniya "Vilyarreal"ı arasında keçrilməli olan UEFA Çempionlar Liqasının qrup oyunu nəzərdə tutulan vaxtdan 20 dəqiqə gec başlayacaq.
"Report"un məlumatına görə, Berqamodakı güclü qar səbəbindən qarşılaşmanın startı ləngiyir.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 00:00-da start götürməli idi.
pia.az