Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlilabadda su anbarında batan üç nəfərin meyiti tapılıb - Yenilənib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən İncəçay su anbarında aparılan axtarış işləri başa çatıb.

Nazirlikdən verilən xəbərə görə, axtarışda olan Yaqubov Həmzə Nizami oğlunun və Yaqubov Hüseyn Rizvan oğlunun meyitləri bir neçə dəqiqə əvvəl FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Gülməmmədli kəndində 3 nəfərin ehtiyatsızlıqdan İncəçay su anbarına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumat daxil olan kimi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində saat təqribən 21:40 radələrində axtarışda olanlardan biri - Yaqubov Həsən Rizvan oğlunun (16 yaş) meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Yaqubov Hüseyn Rizvan oğlunun (17 yaş) və Yaqubov Həmzə Nizami oğlunun (6 yaş) axtarışları davam etdirilir.

***

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Gülməmmədli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, üç azyaşlı kənd ərazisində olan İncəçay su anbarında batıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən onların axtarışı aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar