Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlilabadda müəllimin evində təhsil alan şagirdlər üçün yeni məktəb tikintisinə başlanılıb

Cəlilabad rayonunun Musalı kəndində uçqun olan, eləcə də bir hissəsi yararsız vəziyyətə düşən tam orta məktəbin yerində yeni məktəbin tikintisi ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Bu barədə "Report"un Muğan bürosuna məktəbdən məlumat verilib.

Qeyd olunub ki, artıq ümumtəhsil müəssisəsinin binasının inşası istiqamətində işlər görülür.

Bildirilib ki, məktəb binasının tikintisi ilə bağlı ilkin informasiyanın əldə olunması və ərazidə topoqrafik planlaşdırma işlərinin görülməsinə başlanılıb.

Məlumatda həmçinin tikinti işlərinin cari il ərzində yekunlaşmasının planlaşdırıldığı vurğulanıb.

Qeyd edək ki, bu ilin mart ayında tətil günlərində yağan güclü qar nəticəsində sözügedən tam orta məktəbdə uçqun olub və məktəbin binasının bir hissəsi yararsız vəziyyətə düşüb.

Bununla əlaqədar olaraq məktəbin hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi üzrə təhsil alan şagirdlər təhsillərini davam etdirməsi üçün Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb. Bundan əlavə, Zəhmətabad kənd orta məktəbində yer çatışmazlığı yarandığı üçün iki sinfin şagirdlərinin tədrisi Musalı kəndində yerləşən evlərin birində təşkil edilib.

Musalı kənd tam orta məktəbinin üzləşdiyi problemi ilk dəfə olaraq "Report" İnformasiya Agentliyi qaldırıb. Məsələ ilə bağlı "Report"da bir neçə informasiya dərc olunub. Məhz ondan sonra Təhsil Nazirliyi 2022-ci ilin Azərbaycanın Dövlət İnvestisiya Proqramında Cəlilabad rayon Musalı kənd tam orta məktəbin layihə-smeta sənədlərin hazırlanması nəzərdə tutulduğu barədə məlumat yayıb.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar