Bakı - Astara yolunda avtomobil qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan 90-LR-088 dövlət qeydiyyat nömrəli “Toyoto Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq, təxminən 20-25 metr kənara aşıb.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
pia.az