Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çeçenistan Rusiya bayrağından imtina etdi... - Moskva ilə Qroznı arasında hansı anlaşılmazlıqlar var?

Çeçenistan rəhbərliyi hərbi təlimlərdə Rusiya bayrağından imtina etməklə mərkəzi hökümətə hansı mesajları vermək istəyir və Kadırovun bu nümayişkəranə addımı Moskva ilə Qroznı arasında hansı proseslərə səbəb ola bilər?..

Politoloq: “Bu, Çeçenistanın müstəqil davranış cəhdindən yox, ola bilsin ki, Kadırovun bu cür görünmək istəyindən xəbər verə bilər. Lakin Kadırov əsla Moskvaya qarşı nəinki baş qaldıra, heç bunu xəyalına belə gətirə bilməz. Rusiya Çeçenistanda illərlə separatçılığa və terrora qarşı savaş aparıb, sonra da Kadırovu gətirib ona görə bu vəzifəyə təyin etməyib ki, o, axırda Moskvaya meydan oxusun. Nə Çeçenistan, nə də Rusiya Federasiyasının heç bir digər subyekti bu şəkildə davrana bilməz və bu kimi davranışlar mərkəzi hökümət tərəfindən çox ağır şəkildə cəzalandırılar”.

“Çeçenistan İnquşetiyaya güc nümayiş etdirir və bu güc nümayişində Moskvanın simvolikasından istifadə etməyərək məsələyə iki Qafqaz xalqı arasında sərhəd münaqişəsi kimi rəng verməyə çalışır. Münaqişə edın hər iki subyekt Rusiya Federasiyasına aid olduğu üçün münaqişə tərəflərinin birində onun simvolunun olması doğru olmazdı və Moskvanın tərəflərdən birini dəstəkləməsi kimi qəbul oluna bilərdi”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Çeçenistanın keçirdiyi təlimdə Rusiya bayrağından istifadə etməməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Çeçenistan müstəqil şəkildə yerli müdafiə güclərinin hərbi təlimini keçirir. Təlimlərdə diqqət çəkən məqam isə odur ki, hərbi texnikalar üzərində Rusiya bayraqlarından və ya hər hansı dövlət simvolunundan istifadədən nümayişkaranə şəkildə imtina ediblər. Çeçenistanın bu addımın Rusiyada geniş rezonans doğurub.

Qeyd edək ki, Çeçenistan lideri Ramzan Kadırov uzun illərdir ki, Putinə sədaqətini gözə soxmaqla Rusiyanın ən güclü simalarından biri olaraq tanınır. Hətta Rusiyanın güc strukturları digər Federasiya subyektlərindən fərqli olaraq Çeçenistanda müstəqil davranmaq imkanları belə yoxdur. Mərkəzi hökümətin güc strukturları Kadırovun razılığı olmadan Çeçenistanda heç bir əməliyyat keçirmək hüququna sahib deyillər.

Buna baxmayaraq, Kadırov və adamları bütün Rusiya ərazisində toxunulmaz hesab olunurlar. Həmçinin digər Federasiya subyektlərindən fərqli olaraq Çeçenistan Respublikası hər il mərkəzi hökümətdən 6 milyard dollardan artıq yardım alır. Bir çox ruslar, o cümlədən Rusiya müxalifəti bunu Moskvanın Qroznıya xərac verməsi kimi dəyərləndidirlər. Bütün bunların qarşılığında isə Çeçenistan Respublukasının başçısı Ramzan Kadırıov hər addımda nümayişkəranə şəkildə Rusiya prezidenti Vladimir Putinə sonsuz sədaqətini bildirirdi.

Bəs hazırda nə baş verir? Çeçenistan rəhbərliyi hərbi təlimlərdə Rusiya bayrağından imtina etməklə mərkəzi hökümətə hansı mesajları vermək istəyir və Kadırovun bu nümayişkəranə addımı Moskva ilə Qroznı arasında hansı proseslərə səbəb ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Çeçenistanla İnquşetiya arasında sərhəd münaqişəsi var və çeçenlər buna görə qarşı tərəfə güc nümayiş etdirir. Yəqin buna görə də təlimlərdə Rusiya dövləti adından simvollardan istifadə edilməsi məqsədəuyğun hesab edilməyib”.

Çeçenistanın İnquşetiya ilə adminstrativ sərhəd problemlərinin olduğunu xatırladan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki,
“Çeçenistanda keçirilən yerli müdafiə qüvvələrinin təlimlərində Rusiya bayraqlarından və simvolikalarından istifadə etməməsində bir neçə səbəblər var. Bildiyimiz kimi Çeçenistanın İnquşetiya adminstrativ sərhəd problemləri var. Böyük ehtimalla iki Rusiya Federasiyası subyektinin arasında olan problemlərə görə hərbi təlimlərdə dövlət simvollarından istifadə edilməsi məqsədə uyğun hesab olunmayıb və bununla da Çeçenistan rəhbərliyi mesaj ötürüb ki, Qroznı Moskvanı məsələyə qarışdırmadan da mübahisəli ərazi problemini öz qüvvələri hesabına güc yoluyla həll edə bilər. Yəni açıqcası Çeçenistan İnquşetiyaya güc nümayiş etdirir və bu güc nümayişində Moskvanın simvolikasından istifadə etməyərək, ərazilərin Çeçenistana verilməsinə qəti etiraz edən inquş xalqına mesajlar verir.

Onu da qeyd edim ki, təlimlərdə simvolika olaraq daha çox Ramzan Kadırovun şəkillərindən istifadə edilib. Bu onu göstərmir ki, Qroznı öz liderini Rusiya Fedarasiyasının atributlarından üstün tutur və şəraitə görə istənilən varinta gedə bilər. Qeyd etdiyim kimi, bu, daha çox inquşlara verilən mesajdır ki, biz Moskvanı məsələyə qarışdırmadan belə lazım gələrsə, sizin öhdənizdən gələ bilərik.

Nəzakət Məmmədova: “Moskva bu məsələdə təmkinli davranacaq. Lakin Çeçenistanla İnquşetiya arasında sərhəd mübahisələrində də qərar verməyə tələsməyəcək”.

Digər tərəfdən isə Çeçenistandan verilən izahlarda bildirilir ki, ümumiyyətlə Rusiya Federasiyasının cənub sərhədlərinin ciddi şəkildə qorunması məqsədi ilə Rusiyanın dövlət simvollardan istifadə edilməyib. Rusiyanın ordusunun böyük təlimlərində Rusiya bayrağından istifadə edilə bilər, amma Federasiyanın bir subyektinin keçirdiyi kiçik və məhəlli hərbi təlimlərdə simvolardan istifadə edilməyə də bilər. Ola da bilər ki, bu özlüyündə Çeçenistanın müstəqil görünmək cəhdindən xəbər verir. Lakin Çeçenistanın da, Kadırovun da azadlığı Moskvanın icazə verdiyi həddə qədərdir. Rusiya Federasiyasının heç bir subyekti bu şəkildə davrana bilməz və bu kimi davranışlar mərkəzi hökümət tərəfindən ağır şəkildə cəzalandırılar.

Üçüncü variant olaraq, onu deyə bilərəm ki, Ramzan Kadırov Rusiya daxilində yaranan gərginlikdən, indiki beynəlxalq şəraitdən istifadə edib öz nüfuzunu daha da artırmaq və Kremlin qəbul etdiyi qərarların iştirakçısı olmaq istəyir. Buna görə də o, öz gücünü, Rusiyanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsində iştirak etmək potensialında olduğunu nümayiş etdirir.

Hesab edirəm ki, Moskva bu məsələdə təmkinli davranacaq. Lakin Çeçenistanla İnquşetiya arasında sərhəd mübahisələrində də qərar verməyə tələsməyəcək. Hər çeydən əvvəl Çeçenistanın bu cür davranışlarını tədricən ortadan qaldırmağa çalışacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar