Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çavuşoğlu Suriya ilə dialoq aparılacağına işarə etdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya ilə dialoqlar aparılacağına işarə edib...

PİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu 8-ci Aralıq dənizi Dialoq Forumunun “Xüsusi Dialoq” sessiyasında İsraillə əlaqələrdən tutmuş Ukrayna müharibəsi və Suriya ilə danışıqlara qədər açıqlamalar verib. Türkiyə ilə Suriya arasında kəşfiyyat səviyyəsində danışıqlar aparıldığını bildirən Çavuşoğlu konstruktiv dialoqun əhəmiyyətini vurğulayıb.

Nazir Çavuşoğlu İsraillə münasibətlərin normallaşmasına toxunaraq, İsrailin Türkiyənin Fələstinlə bağlı mövqeyinin dəyişməyəcəyinin fərqində olduğunu bildirib.

Ukrayna müharibəsi üçün səylər davam edəcək

Çavuşoğlu daha sonra Rusiya-Ukrayna müharibəsi üçün səylərin davam edəcəyini və yazda sülh danışıqları ilə bağlı daha aydın mənzərənin görünəcəyini vurğulayıb.

Çavuşoğlu Suriya rejimi ilə danışıqlarla əlaqədar suriyalı qaçqınların geri qayıtması üçün konstruktiv dialoqun əhəmiyyətli olduğunu da bildirib. Həmçinin, Çavuşoğlu Türkiyə ilə Suriya arasında kəşfiyyat səviyyəsində danışıqlar aparıldığını bildirib.

Qeyd edək ki, Çavuşoğlu ABŞRusiyanın Suriyanın şimalını terrordan təmizləmək vədlərinə əməl etmədiyinə də diqqət çəkib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar