Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çavuşoğlu Finlandiya üçün qapını açdı, İsveç üçün isə bağladı...

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri İsveçin NATO-ya daxil olmasına münasibətini açıqlayıb…

PİA.az xarici mətbuata istinadən xəbər verir ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 1-də macar həmkarı ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib ki, İsveç və Finlandiyanın öhdəliklərini yerinə yetirməsələr, NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyası olmayacaq.

Nazir İsveç parlamentinin rəhbərinin Türkiyəyə gəldiyini xatırladıb. Siyasətçi parlamentdə olub, partiyalarla görüşüb. Bütün tərəflər ona bildiriblər ki, İsveç öz öhdəliklərini yerinə yetirmədən protokolu ratifikasiya etmək mümkün olmayacaq.

“Ona görə də indiki şəraitdə bu sənədin təsdiqindən danışmağa dəyməz”, deyə Çavuşoğlu vurğulayıb. Eyni zamanda o, qeyd edib ki, söhbət İsveçin müraciətindən gedir, Türkiyə Finlandiya müraciətini təsdiqləyə bilər. Lakin NATO hər iki ölkənin üzvlük prosesini paralel aparmaq istəyir və İsveç və Finlandiya da bunu istəyir.

Xatırladaq ki, 2022-ci ilin mayında İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət ediblər.

Ankaranın əsas tələbi kürd terroçularına dəstəyi dayandırmaq və Türkiyənin tələb etdiyi PKK üzvlərini ekstradisiya etməkdir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar