Çərşənbə axşamı, 27 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

Çavuşoğlu Ermənistandakı seçkidən gözləntiləri açıqladı

“Ümid edirəm ki, seçkilərdən sonra hakimiyyətə gələcək rəhbərlik əvvəlki səhvlərdən dərs çıxararaq bölgənin sabitliyinin və sülhün tək yolunun qonşuların torpaqlarına göz dikmək əvəzinə, qonşularla yaxşı yola getmək olduğunu anlayar”.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Antalya Diplomatiya Forumu”nun bağlanış mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Çünki müharibədən, yəni Azərbaycanın öz torpaqlarını geri almasından sonra həm Türkiyədə, həm də Azərbaycanda bölgənin sabitliyi və sülh üçün addım atmaq qərarlılığı var. Bunu hər iki liderin açıqlamalarında görürük.

Bir çox önəmli layihələrin həyata keçirilməsi imkanı var. Bundan ən çox istifadə edəcək olan isə Ermənistandır. Ermənistan keçmişdəki yanlış siyasəti səbəbilə özünü təcrid etdiyi üçün bu baxımdan digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə geridə qalmış bir ölkədir. Ermənistan artıq düşmənçiliyi bir kənara qoyub qonşuları ilə yaxşı yola getmək üçün nələr edə biləcəyini düşünməlidir. Əgər bu anlayış olarsa, mərhələli şəkildə münasibətlərimizi normallaşdırarıq. Bu barədə Azərbaycanla bərabər qərar verərik. Sərhədləri aça bilərik. Bir çox avtomobil və dəmiryolu layihəsi var. Bunların məqsədi nədir? Sərhədləri açmaq. Ticarət və investisiya həcmi artar”, - deyə Çavuşoğlu bildirib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Kəlbəcər istiqamətində döyüşlər: Zod qızıl yatağı boşaldıldı

Ərdoğanın baş müşavirindən Şeyxlə bağlı daha bir açıqlama

Nəzakət Mehdiyeva MİQ iştirakçılarını aşağıladı: "Bunlardan müəllim olmayacaq, yaxşı ki, kəsilirlər" - Səs yazısı

Peyvənd olunmayanların bu yerlərə girişi qadağan olunacaq - Rəsmi

Bakı Dövlət Universitetinə yeni prorektor təyin edilib

Elçibəyin Allahşükür haqda sensasion çıxışı: “Türk millətini gözdən salırsan” - Video

Xüsusi karantin rejimi ilə bağlı yeni qərar qəbul edilib

Səfir təyin edilən Fuad İsgəndərovdan böyük səhv – Foto

İlham Əliyevdən Abel Məhərrəmovun oğlu ilə bağlı sərəncam

200 minlik “zerkalnı nömrə” tələsi: Ramiz Zeynalovun sərvətinə sərvət qatacaq yeni qapı...

Ceyhun Səfərov “Azəriqaz”-dakı vəzifəsindən azad olundu

Ən çox oxunanalar