Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanov şübhəli və “çox profilli” şirkətlə 2 müqavilə bağladı

Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti Yol Sanitar-Karantin Müfəttişliyi bu gün “Kaspian Standart” MMC ilə iki satınalma müqaviləsi bağlayıb.

AzToday.az xəbər verir ki, ümumi məbləği 34 min 382 manat 20 qəpik məbləğində olan müqavilələr dəftərxana ləvazimatı cari təsərrüfat məqsədləri üçün mal və materialların və mətbəə mallarının satınalınması üçün imzalanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Kaspian Standart” MMC-nin 17 mart 2008-ci ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, akademik Şamil Əzizbəov küçəsi, ev 95-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Əmirov Elnur Nəriman oğludur.

“Kaspian Standart” MMC 13 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Eləcədə şirkətin qanuni təmsilçisi Elnur Əmirovla bağlı da məlumatlar məhduddur. Şirkətin reyestr məlumatlarına 16.09.2020 tarixində dəyişiklik olub. Məhz bu dəyişiklikdən sonra şirkət 7 satınalma müqaviləsi bağlayıb. 12 ildən sonra şirkət ilk satınalma müqaviləsini 24.08.2020 tarixində imzalayıb.

Şirkətin udduğu ən böyük tender isə Abşeron Rayon İcra Hakimiyyətinin keçirdiyi yolların əsaslı təmiri ilə bağlı olub. 28.12.2020 tarixində icra hakimiyyəti ilə MMC arasında bağlanan müqavilənin məbləği 410 053.19 AZN təşkil edib.

Satınalma müqavilələrinə diqqət etdikdə isə məlum olur ki, “Kaspian Standart” MMC çox profilli şirkətdir. Belə ki, kitabların satınalınması, yolların təmiri işləri, su xətlərinin təmiri, dəftərxana və təsərrüfat mallarının satınalınması, regionlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və Yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsinin aparılması məqsədilə araşdırma və təhlilin aparılması və mətbəə mallarının satınalınması kimi fəaliyyət sahəsinə malik şirkətlə bağlı açıq mənbələrdə hər hansı bir məlumatın olmaması qaranlıq məqamlardan xəbər verir. 10 manatlıq nizamnamə kapitalına malik şirkətin 12 ildən sonra dövlət satınalınmalarında qalib gəlməsi ciddi şübhələrə əsas verir…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar