Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanov Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Dəmir Yolları” QSC-də Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi ilə görüş keçirilib.

APA-nın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ölkələrimiz arasındakı ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərindən, o cümlədən nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan söhbət açıb.

Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində atılan uğurlu addımlardan danışan Cəmiyyət sədri dəmir yolu infrastrukturunun modernləşdirilməsi sahəsində mühüm işlər görüldüyünü diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan Beynəlxalq Nəqliyyat Dəhlizlərinin kəsişdiyi məkana çevrilib, ölkəmizin logistika və tranzit qovşağı kimi rolunun gücləndirilməsi üçün lazımi infrastrukturun qurulması prosesi davam etdirilir. Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin Macarıstan dəmir yolları ilə “Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyası (TDƏŞ) və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) çərçivəsində əməkdaşlıq etdiyini deyib.

O, Azərbaycan və Macarıstan dəmir yolları, eləcə də aparıcı loğistika şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi və bu məqsədlə Bakıda görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ölkələrimiz arasında əlaqələrin inkişafından, beynəlxalq və regional layihələrin fəaliyyətinin genişləndirilməsi istiqamətində Azərbaycan tərəfinin fəaliyyətindən məmnunluğunu bildirib. Macarıstan şirkətlərinin dəmir yollarının tikintisində iştirakda maraqlı olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar