Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Casus cihazları – MKİ və KQB gizli səs yazmaq, şəkil çəkmək üçün bütün aksessuarlardan yararlanıb

Xüsusi xidmət orqanlarının əməkdaşlarının fəaliyyətində kiçik həcmli, nəzərə çarpmayan cihazlar önəmli rol oynayır. Hələ ötən əsrin ortalarında, xüsusilə də Amerika Birləşmiş Ştatlarında və SSRİ-də casusların “aksessuarları” daha sürətlə yenilənib, Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Təhlükəsizliyi Komitəsi (KQB) bu sahədə öz arsenallarını daha da zənginləşdiriblər. Hətta bu bir yarışma xarakteri daşıyıb, kəşfiyyatda kimin güclü olub-olmaması bu cihazların icadı ilə müşayiət olunub.

Maraqlıdır, qarşı tərəfin planlarını öyrənmək üçün agentlər hansı cihazlardan istifadə ediblər? Hər şey bu gün həvəslə seyr etdiyimiz detektiv filmlərdəki kimi olubmu?

1970-ci illərdə istər ABŞ-da, istər Avropa ölkələrində, istərsə də SSRİ-də kamera kimi üst paltarların düymələrindən istifadə olunub. Bu düymələrə kiçik kameralar yerləşdirilib. Kameralar çox rahatlıqla paltarın cibindən idarə edilib.

1949-cu ildə Almaniyanın “Steineck” şirkətinin istehsal etdiyi xüsusi saatlar mövcud dövr üçün böyük icad sayılıb. Saatların içərisinə kameralar yerləşdirilib və adi qol hərəkəti ilə istənilən obyekti çəkmək mümkün olub.

İstər qadın, istər kişi ayaqqabılarının daban hissəsinə səs yazan və ötürücü yerləşdirməyi macar alimləri kəşf ediblər. Bundan xəbər tutan ABŞ agentləri başqa ölkələrdə işləyəndə heç vaxt yerli mağazalardan ayaqqabı almayıblar. Onlar özləri ilə bir neçə cüt ehtiyat ayaqqabı götürüblər ki, “ağıllı” ayaqqabılara ehtiyacları olmasın.

Qadın agentlərin əsas “aksessuarlarından” biri dodaq boyası olub. Öz aralarında ona “ölüm öpüşü” də deyiblər. Əslində boyada heç bir zəhərləyici maddə olmayıb. Sadəcə həmin dodaq boyasının qabı həm də heç kimin ağlına gəlməyən kiçik tapança funksiyasını daşıyıb.

Qələm-kamera 1970-ci illərdə MKİ-nin mütəxəssisləri tərəfindən icad edilib. Adi qələmdən fərqlənməyən bu cihazla hətta ən kiçik şriftlərlə yazılmış sənədləri çəkmək mümkün olub. Bununla yanaşı, qələmin həm də məsafədən səs yazmaq funksiyası olub.

II dünya müharibəsi ərəfəsində amerikalı mütəxəssislər xüsusi agentlər üçün əlcəkdə tapança kəşf ediblər. Silahın həcmi o qədər kiçik olub ki, kənardan heç bir şübhə yaratmayıb. Tapançadan istifadə etmək üçün əlcəyi çıxarmağa ehtiyac olmayıb. Orta barmağın iki hərəkəti ilə tapança işə düşüb. Tapançaya səsboğucu da quraşdırılıb.

“İntelligent” agentlərin ən sevimli aksessuarlarından biri kameralı qalstuk sayılıb. Belə qalstuklardan daha çox Avropa ölkələrində istifadə edilib. Qalstuklara kiçik dinləmə cihazları və kameralar qoyulub.
DTK SSRİ-nin xaricdə olan agentləri üçün xüsusi üzüklər hazırlatdırıb. Həmin üzüklərin içərisində mikro fotolentlərin və səs yazılarının gizlədilməsi mümkün olub.

Siqaret qutusuna yerləşməsi mümkün olan kameraları ilk dəfə isveçrəli alimlər kəşf ediblər. Bu kəşf dünyanın bir çox ölkələrində tətbiq edilib və xisusi xidmət orqanlarının əməkdaşları üçün böyük töhfə sayılıb. Dünyanın bir çox ölkələrində siqaret çəkməyən agentlər bu qutuları ciblərində gəzdiriblər.

Zəhər ampulalı çətir sovet alimlərinin məhsulu olub. Bu çətirin uc hissəsini kiməsə toxundurmaqla onun həyatına son qoymaq mümkün olub ki, bu vasitədən sovet çekistləri səmərəli istifadə edirblər.


Casus cihasları arasında ən maraqlı kəşfə amerikalılar imza atıblar. Onlar heyvan nəcisindən fərqlənməyən kütlənin içərisinə xüsusi qurğular yerləşdiriblər. Bu “nəcis” vasitəsilə ilə 300 metr radiusunda ətrafı tam aydınlıqla müşahidə etmək olub. “Ağıllı” kütlə kənardan heç bir şübhə yaratmayıb.

Casus cihazları haqqında siyahını uzatmaq da olar. Alışqan, pulqabı, döş nişanı, qeyd dəftərçəsi, açar və s. kimi adi görünən əşyalardan agentlər başqa məqsədlə istifadə ediblər. Elə cihazlar da var ki, onlar haqqında yalnız daşıyıcıları məlumatlıdırlar. Yəqin ki, illər keçəcək, onların da “məxfi”liyi aradan qalxacaq.

Müasir dünyamızda texnologiyaların inkişafı sayəsində bu gün casus cihazları da sürətlə yenilənir, təkmilləşir və daha da “kiçilir”. Məhz böyük kəşfiyyat qurumlarının kiçik cihazları qarşısında nəhəng dövlətlər öz sirrlərini gizli saxlaya bilmirlər. (Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar