Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Canni De Byazi: “Rəqibin güclü və zəif tərəflərini bilirik”

"Artıq 2 oyun oynamışıq. Sabah təşkilatlanmış komandaya qarşı mübarizə aparacağıq. Çox diqqətli olmalıyıq. Bizi ağır oyun gözləyir. Yaxşı nəticə qazanmağa çalışmalıyıq".

"Report"un məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Moldova ilə yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis Belarusla matçdan fərqli bu dəfə bütün 90 dəqiqəni eyni səviyyədə keçirmək istədiklərini bildirib: "Amma mövsümün sonudur. Bu amil öz sözünü deyir. Belarusa qarşı ilk hissədə də yaxşı oynadıq. Sadəcə, 1-2 epizodda səhvə yol verdik ki, bu da qolla nəticələndi. Buna baxmayaraq, komandam meydanda 90+5-ci dəqiqəyədək mübarizə apardı".

65 yaşlı baş məşqçinin sözlərinə görə, Moldovanın Türkiyə ilə oyununu izləyib: "Yaxşı komandadır. Roberto Bordin isə əla məşqçidir. Komandasını çox yaxşı hazırlayır. Son anadək mübarizə apardılar. Biz isə artıq inkişafdayıq. Daha az qol buraxırıq. Komanda getdikcə öz oyununu tapmağa başlayır".

De Byazi bildirib ki, bütün oyunlar çətin keçir: "Hamısına eyni ciddiliklə hazırlaşırıq. Rəqibi analiz etmişik. Güclü və zəif tərəflərini bilirik. Son oyunumuzdur, bundan sonra istirahətə gedəcəyik. Yaxşı oyun göstərmək istəyirik".

Təcrübəli mütəxəssis sabahkı qarşılaşmada da əsas heyət üzvlərinə şans verəcəyini söyləyib: "Komandanın inkişafı üçün eyni oyunçuların birlikdə oynaması daha faydalıdır. Sabah da eyni şey olacaq. Yeni komandayıq. Millinin qapısı hər kəsin üzünə açıq olduğu kimi, hər zaman bağlana da bilər. Hamı əlindən gələni etməlidir".

Qeyd edək ki, iyunun 6-da Kişineuda keçiriləcək Moldova - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar