Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cahit Bağçı: “Parlaq gələcək yolunda əmin addımlarla irəliləyirik”

"Türkiyə bu gün dosta güvən, düşmənə qorxu verən bir ölkəyə çevrilib".

PİA.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışında deyib.

Diplomat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik mesajını oxuyub.

O bildirib ki, 1922-də mübahisəolunmaz bir zəfərlə Türkiyə mübarizəsini tamamlayıb:

“Əsarət və azadlıq arasında seçim olan vaxt xalq, azadlığı uğrunda nələri qurban verə biləcəyini göstərib. Millətimiz şəhadətə yürüyüb, azadlığına sahib çıxıb. Bu gün biz keçmişdən aldığımız güclə aydın, parlaq gələcək yolunda əmin addımlarla irəliləyirik", səfir vurğulayıb.

Türkiyəli diplomat bildirib ki, bu gün onun ölkəsi regional problemlərin həllində məsuliyyətli rol oynayaraq öz haqq etdiyi yeri almaqdadır:

“Türkiyə terrorla mübarizəsini davamlı şəkildə həyata keçirir. Zəfərin mənasını ən yaxşı bilən Azərbaycandır. 44 günlük Vətən müharibəsi qələbə ilə başa çatdı və bu mübarizədə Türkiyə öz qardaşına mənəvi, diplomatik dəstək verib. Türkiyə güvənilir ölkəyə çevrilib, ölkəmiz etibarlı tərəfdaşdır. Biz qlobal sülh üçün ciddi səylər göstəririk. Suriya, Liviya, Cənubi Qafqazda, Ege bölgəsində fəal diplomatik işlərimiz var. Zəfərlərimizdən aldığımız ilhamla irəli doğru, parlaq gələcəyə doğru getməyə davam edəcəyik"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar