Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Burkina-Faso Prezidenti istefa verərək ölkəni tərk edib

Sentyabrın 30-da üsyançı hərbi qüvvələr tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Burkina-Faso Prezidenti, polkovnik-leytenant Pol-Anri Sandaoqo Damiba bazar günü dövlət başçısı vəzifəsindən istefa verməyə razılaşıb.

“Report” xəbər verir ki, bu barədə “Radio France internationale” radiostansiyası məlumat yayıb.

Radiostansiya bildirib ki, Damiba qiyamçıların istefa tələbi ilə razılaşıb. Məlumata görə, Damiba oktyabrın 2-də Burkina-Fasonu tərk edərək qonşu ölkə Toqoya yollanıb. “Radio France internationale” vurğulayıb ki, Damiba ilə qiyamçılar arasında aparılan danışıqlarda iştirak edən Toqo Prezidenti For Qnassinqbe Burkina-Fasonun keçmiş prezidentinin gəlişinə razılıq verib.

Sentyabrın 30-da Burkina-Fasoda dövlət çevrilişi edən hərbi qrup Damibanı ölkə prezidentliyindən uzaqlaşdırdığını bəyan edib. Kapitan İbrahim Traore Burkina-Fasonun yeni lideri olub. Hakimiyyəti ələ keçirən hərbçilər hökumətin buraxıldığını, konstitusiyanın və istənilən siyasi fəaliyyətin dayandırıldığını elan ediblər.

pia.az


Etiket: Burkina-Faso


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar