Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bunun adına rəsmən “utanmasan oynamağa nə var ki”, deyilir...

Öz gözlərindəki tiri görməyib, başqasının gözündə olmayan qılı axtaranlara cavab...

Azər Qaramanlı yazır...

Son zamanlar dövlət qurumlarının mətbuat katibləri, həm hər şeyin şitini, həm də ağını çıxarıblar. Haqqlı iddialara qarşı hamısı eyni şeyi təkraralayır, təmsil etdikləri qurumların bərbad fəaliyyətini tənqid edən jurnalistləri qeyri-peşəkarlıqda günahlanıdıdrlar və bu günahlamada da özlərini “peşəkar” kimi təqdim edirlər. Halbuki heç biri məsələnin mahiyyətinə toxunmurlar, imkan olduğu qədər mövzunun mahiyyətindən kənar qaçmaq istəyirlər və jurnalistləri aşağılayıb işin içindən sıyrılmağa cəhd edirlər.

Bakı Nəqliyyat Agentliyinin (BNA) 2020-ci ildə Bakıda quraşdıracağı piyadalar üçün 500 yeni yol nişanını xaricdən dəfələrlə şişirdilmiş qiymətə aldığı haqda yayılmış məlumatlarla bağlı KİV-ə müraciəti isə bu qəbildən olan ən bərbad və qurum adına utancverici bir açıqlama oldu. Açıqlmanın müəllifi açıq-aşkar bütün etik qaydaları bir kənara ataraq və qırmızı xətti keçərək, bu məlumatı yayan mətbu orqanı, (ilkin mənbə marja.az saytıdır) daha doğrusu mətbu orqanları qeyri-peşəkarlıqda ittiham edir. Qeyri peşəkarlıq isə ondan ibarətdir ki, jurnalistlər Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi ilə əlaqə saxlamayıb və onların möveyini öyrənməyib...

Öyrənsəydi nə olacaqdı? BNA-nın mətbuat katibi Almaniyada cəmi 32 avro (60 manat), Rusiyada isə 850-950 rubl (25 manat) qiymətinə satılan yol nişanlarının Azərbaycanda 1840 manata (1082 ABŞ dollarına) alınmasını necə şərh edəcəkdi? Bəlkə deyəcəkdi ki, BNA-nın aldığı həmin yol nişanları platindən, ya da qızıldan hazırlanıb?

Maraqlıdır ki, BNA-nın yaydığı bərbad açıqlamada Almaniyada 60 manata, Rusiyada 25 manata olan yol nişanlarının Azərbaycanda hansı səbədən bir 1840 manata olması barədə bir kəlmə də yoxdur. BNA-nın açıqlamasında bu fantastik qiymət sadəcə görməməzlikdən gəlinib və müraciətin müəllifi sadəcə jurnalistləri ittiham etmək üçün açıb ağzını, yumub gözünü...

Açığı bu açıqlama heç bir zaman rast gəlmədiyim bir məntiqsizlikdir. BNA rəsmisinin müraciəti sadəcə inanımaz böyük korrupsiyanı pərdələmək üçün jirnalistlərə qarşı irəli sürülən əsassız ittihamlardan ibarətdir və burda açıq-aşkar qarşı tərəfi qaralama cəhdi var. Müraciətin müəllifi öncə məlumatı yayan jurnalistləri “qeyri-peşəkarlıq, bəzi hallarda isə qərəzli mövqe” nümayiş etdirməkdə və “son illər keyfiyyətcə yeni mərhələyə qədəm qoyan islahatlara xələl gətirməkdə” ittiham edir. Gülünc və bumeranq xarakterli bir ittihamdır. Çünki ishatlara xələl gətirənlər məhz büdcə vəsaitlərini ciblərinə dolduranlardır. Məhz onlar islahatları xalqın gözündən salır və islahatlara olan inamı öldürürlər. Prezidentin xəbərdarlıqlarını da görməməzlikdən, eşitməməzlikdən gəlirlər və son hadisələr də göstərdi ki, bunun ağır nəticələri də ola bilər...

Daha sonra müraciətin müəllifi davam edir: “Ucuz reytinq qazanmaq və digər çirkin məqsədləri güdən həmin şəxslər, eyni zamanda, jurnalist kimi nə dərəcədə savadsız olduqlarını da bir daha nümayiş etdiriblər... ...Məsələyə peşəkar yanaşma olsaydı, həmin məlumatı və onunla bağlı sual doğuran məqamları dəqiqləşdirmək üçün Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlanılardı”.

Madam ki, sizə müraciət olunsaydı, siz bu fantastik qiymətə normal bir izahat verəcəkdiz, buyurun verin. Hər kəsin gözlədiyi də elə odur ki, siz BNA-nın bir yol nişanını 1840 manata aldığınızı necə izah edəcəksiniz? İzahı varsa, buyurun...

Uzaqdan görünən kəndə bələdçi lazım olmaz. Burda hər şey “kor-kor, gör-gör”, ortalıqdadır. Bunun adı sadəcə izahı olmayan və cinayət tərkibli korrupsiyadır. Jurnalistlərə bu korrupsiyanı ifşa etdilkərinə görə savadsız demək, məntiqsizliyin və fakt qarşısında acizliyin bariz göstəricisidir. Bundan başqa bir şey deyil.

Özü-özündən aydın olan bir məsələyə görə niyə BNA-nın mətbuat katibinə müraciət olunmalıydı? Belə bir müraciət olsaydı, BNA rəsmisi bu məlumatın ört-basdır edilməsi üçün üçün bütün vasitələrə əl atacaqdı və bu zaman qarşı tərəf peşəkar olacaqdı...

Məlumat yayımlandıqdan sonra BNA-nın mətbuat katibinin vəzifəsi jurnalistləri söyüb yamanlamaq deyildi, məsələyə dair normal bir açıqlama verməkdi. Əgər belə bir izah varsa...

P. S. Yuxarıda da qeyd elədiyim kimi yayılan məlumatın ilkin mənbəsi Marja.az saytıdır. BNA rəsmisinin əsasız ittihamlarına cavab vermək də onların üzərinə düşən bir vəzifə idi. Lakin dövlət qurumlarının mətbuat katiblərinin mətbuatda dərc edilən haqqlı iddialara və iradlara jurnalistləri aşağılayaraq və şərləyərək mahiyyətdən kənar cavab vermələrinə son verilməlidir. Qurumların mətbuat katibləri artıq peşəkar olmalı və öz ayıblarını örtmək üçün sadəcə jurnalistləri savadsızlıqda və qeyri-peşəkarlıqda ittiham etməməlidirlər. Və artıq ənənə halın alan belə hallara qarşı hər bir jurnalist etiraz etməlidir.

Azər QARAMANLI
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar