Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bunlar öz ölülərini yemədilər ki!..” - “Erməni soyqırımı” məsələsi və ABŞ-ın Türkiyə siyasəti...

Siyasi hakimiyyətə qarşı çıxmaqla erməni lobbilərinin həmişəki davranışlarını təkrarlayan kütlələrin çoxalması bu gün Co Bayden administrasiyası tərəfindən erməni soyqırımının qəbul edilməsindən daha ciddi bir təhlükə olaraq qarşımızda durur...

Taha Kılıç
“Yeni Şafak” qəzeti, Türkiyə, 28 aprel 2021-ci il

ABŞ prezidenti Co Bayden sələflərinin davam etdirdiyi “Türkiyə kimi önəmli bir müttəfiqin həssaslıqlarına toxunmamaq” prinsipindən tamamilə imtina edərək 1915 hadisələrini “erməni soyqırımı” adlandırıb (sabiq prezident Donald Tramp da həmin şeyi Amerika səfirliyini Təl-Əvivdən Qüdsə köçürərkən etmiş, Ağ Evin bu mövzudakı qayğılarını heçə saymışdı).

Hamımız çox yaxşı bilirik ki, Co Baydeni belə davranmağa sövq edən şey Türkiyənin bölgədəki aktiv siyasətidir. Məsələn, sonuncu dəfə Azərbaycan-Ermənistan gərginliyində Türkiyə bitərəf qalsaydı və ya şifahi reaksiyalarla kifayətlənsəydi, Amerika adminstrasiyası açıq şəkildə erməni arqumentlərini dəstəkləyərdimi? Bu sualın cavabı qəti şəkildə “yox”dur. Baydenin erməni soyqırımı ilə bağlı açıqlamasının arxasında Türkiyənin izlədiyi siyasətin dayandığını deyərək Ankaranı ittiham edən daxildəki bəzi şəxslər, əslində, özləri də bilmədən bir həqiqəti vurğulayırlar. Bəli, Türkiyə bəzi sərhədləri keçdiyinə görə “günahkardır”.

Digər tərəfdən, “Türkiyə birlikdə Qərbə qarşı” kimi görünən Rusiyaİran kimi ölkələrin də ABŞ-ın Türkiyəyə göstərdiyi bu davranışdan məmnun qaldıqlarını başa düşmək lazımdır. Hər ikisi də Ermənistanla sıx təmasda olan bu ölkələrə əlavə olaraq, ərəb dünyasında Türkiyəyə qarşı olan bəzi dövlətlər də artıq erməni soyqırımından danışmağa başlayıblar. Bu dövlətlərin nəzarətində olan media orqanlarında bu günlərdə Türkiyə ilə Osmanlı düşmənçiliyin birlikdə təqdim edildiyi yalan və böhtanlarla dolu təhlillərə rast gəlinir.

Amerika adminstrasiyasının erməni məsələsinə münasibəti bu məsələnin, əslində, sırf siyasi bir mövzu olduğunu bir daha ortaya qoyur. “Gəlin tarixçilərin ixtiyarına verək” ifadəsi olduqca məntiqli səslənsə də, tarix nəticədə mövcud siyasətin dilində ucuz bir materiala çevrilir. Co Bayden və komandası “dünyadakı bütün haqsızlıqlara qarşı” imiş kimi görünərək, lakin Şərqi Türkistan məsələsində Çinə qarşı çıxaraq, erməni lobbisinin istəklərinə uyğun olaraq, LGBT və bənzər birləşmələrin arxasında duraraq bir siyasət izləyir. Əlbəttə ki, Fələstin məsələsində həm qanunsuz yəhudi məskənlərinə, həm də İsraili təhdid edən hər şeyə qarşıdırlar. Eyni zamanda, Fələstinə yardımları yenidən tətbiq edərkən, İsrailin gücləndirilməsi üçün də bütün addımları atmağa davam edirlər. Yeni Amerika adminstrasiyasının bütün pillələrində müsəlmanlar, homoseksuallar, qaradərililər və yerli əhali var.

Erməni məsələsi ilə əlaqədar bir daha gördüyümüz bu qarışıq mənzərə Türkiyənin öz dilini formalaşdırmalı və öz gündəliyini müəyyənləşdirməli olduğunu xatırladır. Bundan sonra bu qarışıqlığı bütün məsələlərdə tez-tez görəcəyik. Kimin haqlı olması ilə bağlı suallar daim dalğalanmalara səbəb olacaq. Bunun davamında da sabit zəminləri titrədən bir xaos var.

İsmail Kılıçarslanın dünənki məqaləsində də vurğuladığı kimi, erməni məsələsi kontekstində, bəlkə də Türkiyənin qarşılaşdığı ən böyük problem “ortaq hekayə yaratmaq” qabiliyyətinin yox olmasıdır. Siyasi hakimiyyətə qarşı çıxmaqla erməni lobbilərinin həmişəki davranışlarını təkrarlayan kütlələrin çoxalması bu gün Co Bayden administrasiyası tərəfindən erməni soyqırımının qəbul edilməsindən daha ciddi bir təhlükə olaraq qarşımızda durur.

Ahmet Hamdi Tanpınarın ölməz əsərlərindən olan “Beş Şəhər”in Ərzurum hissəsindəki aşağıdakı hissəni düzgün başa düşmək lazımdır:

“Atəşkəs illərində erməni məsələsinə görə Ərzuruma gələn Amerika nümayəndə heyətinə o dövrün Bələdiyyə Başçısı Zakir bəyin verdiyi cavabı kim xatırlamaz ki?

Tərcüməçiyə: “Dilmanc, mənə bax, bu bəylər uzun danışırlar. Qısa bir nümunə ilə Ərzurumda əksəriyyət kimlərdə idi, Generala deyim”, deyərək heyəti yaşadıqları evin pəncərəsinə apardı. “Baxın”,- dedi,- “bütün şəhəri əhatə edən daşlı bir təpə var. Bunun ortasında iyirminci divarla əhatə olunmuş bir yer var. O böyük daşlı müsəlman qəbiristanlığı, o biri kiçiyi isə erməni qəbiristanlığıdır. Bunlar öz ölülərini yemədilər ki!”

Türklərin hər zaman böyük əksəriyyətinin Ərzurumda yaşadığını min cür göstərmək olardı. Lakin Zakir bəyin hazırcavablığı onlardan ən qısası olmuşdu”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Türkiyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar