Cümə, 19 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Buhenvald çempionu – daşkəndli Borzenko əsir düşərgəsində 80 dəfə rinqə çıxıb

Müharibədən sonrakı dövrdə o, Özbəkistanda ən tanınmış həkimlərdən biri sayılıb. Andrey Borzenko Daşkəndin ilk ürək cərrahlarından biri olub. Bu sahədəki populyarlığı ilə yanaşı, Borzenko fərqli bir hadisə ilə daha çox yadda qalıb...

Anderey Borzenko 1920-ci ildə Daşkənddə anadan olub. Məktəb illərindən təhsilə marağı ilə yanaşı, həm də idmana böyük meyl göstərib. Məşqlər onun dərslərinə mane olanda valideynləri Borzenkonu idmandan ayırmağa çalışıblar. Ancaq o, öz istəyindən geri dönməyib.

Beş il davam edən boks məşqləri nəticəsiz qalmayıb. Borzenko əvvəl Daşkənd, daha sonra isə boks üzrə Özbəkistan çempionu titulunu qazanıb. Məşqçiləri onun gələcəkdə dünya boksunun simalarından birinə çevriləcəyinə şübhə etməyiblər. Amma müharibə hadisələri tamam başqa istiqamətə yönəldib. Borzenko böyük rinqləridə yox, tikanlı məftillər arxasında öz “çempionluğunu” qazanıb.

Borzenko sovet-alman müharibəsinə bir neçə ay qalmış, 21 yaşında hərbi xidmətə çağrılıb. Müharibə başlayanda o, Ukrayna cəbhəsində xidmət edib. Çevikliyi və qoçaqlığı ilə həmyaşıdlarından fərqlənib. Müharibənin ilk dörd ayında iki dəfə yaralansa da, Borzenko səhra hospitalında qısa müddətli müalicə aldıqdan sonra yenidən ön cəbhəyə qayıdıb.

1941-ci ilin dekabr ayında Borzenko Dnepr sahillərində almanlara əsir düşüb. Onu bir müddət SSRİ-nin işğal olunmuş ərazilərində saxlayıblar, daha sonra isə Buhenvald əsir düşərgəsinə aparıblar.

Əsirlikdə olanda Borzenko peşəkar boksçu olduğu haqqında heç kimə deməyib. Sırf təsadüf nəticəsində onun boksçu olmağı üzə çıxıb. Belə ki, düşərgənin nəzarətçilərindən biri ona dəyənək qaldırmaq istəyəndə Borzenko bir zərbə ilə nəzarətçini nokauta salıb. Buna görə o, “yüksək” səviyyədə cəzasını alıb. Amma bununla yanaşı, Borzenko çox ciddi şəkildə düşərgə rəhbərliyinin diqqətini cəlb edib.

Buhenvald düşərgəsində mütəmadi olaraq qaydasız döyüş və boks üzrə yarışlar keçirilib. Bu cür yarışlar sırf düşərgə rəhbərliyinin əyləncəsi üçün təşkil olunub. Sözsüz ki, bir zərbə ilə nəzarətçini aşıran Borzenko yuxarılar üçün maraqlı görünüb və onu bu təkbətək yarışlara cəlb ediblər.

Həmin ərəfədə Buhenvald düşərgəsində ən güclü boksçu ölüm və qarətlərə görə bu düşərgədə saxlınılan bir şəxs olub. Bu qatı cinayətkarın qarşısında heç kim tab gətirə bilməyib. Düşərgə rəhbərliyi bu dəfə Borzenkonu hamburqlu döyüşçü ilə üz-üzə qoyub. Onu da qeyd edək ki, həmin boksçunun çəkisi Borzenkodan 20 kiloqram artıq olub.

Əvvəlcədən “rinq”ə çıxanları döyüşün şərtləri ilə tanış ediblər. Qalibə mükafat kimi 400 qram çörək və balıq konservi vəd edilib. Məğlubun isə oyundan sonra qaz kamerasına göndəriləcəyi bildirilib.
Borzenkonun alman “həmkarı” ilə mübarizəsi uzun sürməyib. Döyüşün üçüncü dəqiqəsində o, ölümcül zərbə ilə hamburqlu qatili yerə sərib.

Borzenko öz “mükafat”ını, çörək və balıq konservini götürdükdən sonra onu saxlanıldığlı 44-cü blokda əsir hərbçilərlə bölüşdürüb.

Borzenkonun belə peşəkarlığa sahib olması düşərgə rəhbərliyinin təəccübünə səbəb olsa da, həm də onları qəzəbləndirib və qərara gəlinib ki, növbəti dəfə Borzenkonun qarşısına daha peşəkar bir rəqib çıxartmaq lazımdır. Bu dəfə “rinq”ə Villi adlı alman zabiti çıxarılıb. O, SS-in şəxsi heyəti arasında boks üzrə çempion olub. Döyüş gərgin keçib, nəhayət, 10-cu raundda Borzenko SS çempionunu məğlub edə bilib. Bu qələbədən sonra Borzenko onu öldürəcəklərinə şübhə etməyib. Amma almanlar döyüş əyləncələrindən özlərini məhrum etməyiblər.

7778a65f2a927409addaeb62f18005f894470c3f.jpg (151 KB)

11 aprel 1945-ci ildə ABŞ qoşunları Buhenvaldı nəzarətə götürdükdən sonra əsirlər buraxılıb. Borzenko Özbəkistana qayıdıb, yenidən boksla məşğul olub. O, eyni zamanda tibb institutunda təhsil alıb, Daşkənddə ilk ürək cərrahı kimi fəaliyyətə başlayıb.

Borzenko neçə illər Buhenvald hadisələrini heç kimə danışmayıb. Onunla birgə düşərgədə saxlanılan əsirlərdən biri Borzenko haqqında yazıçı Georgi Sviridova ətraflı məlumat verib. Sviridov özü də əvvəllər boksçu olub. Yazıçı Buhenvald hadisələrini ətraflı araşdırıb, Borzenko və düşərgədə onunla birlikdə olanlara görüşüb, “Tikanlı mətillər arxasında rinq” kitabını qələmə alıb.

Borzenkonun sonrakı həyatı uğursuz olub. SSRİ-nin süquta getdiyi illərdə, 1989-cu ildə Borzenko Özbəkistandan Rusiyaya köçüb. Cərrah-boksçu Leninqradda məskunlaşıb. Amma o, özünə normal bir iş tapa bilməyib. Dəfələrlə müvafiq qurumlara müraciət etsə də, mənzillə də təmin olunmayıb. Beləliklə, Buhenvald çempionu ömrünün son illərini kirayələrdə ehtiyac içində yaşayıb və 1992-ci ildə, 72 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

“Azərbaycanın bütün nazirləri cəm şəklində onun qədər əmlak talamadı” – Aslan İsmayılov

“Porno ulduz” məmur polkovnik rütbəsini necə almışdı? – Zaur Mirzəyevin karyerası...

Ərdoğanın Ukraynaya rəsmi səfəri başladı - Yenilənib, Video

FHN-in polkovniki bu qədər qadınla münasibətdə olub - Şok rəqəm

Prezidentin səmimi davranışı gündəm oldu - Video

Müəllim, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr müəyyən edilib

Hüseynbala Mirələmov növbəti parlament seçkilərində iştirak etmək niyyətindədir

Bu deputatlar yanğın baş verən zaman “Qalaaltı”nda istirahət edirmiş 

FHN əməkdaşlarının intim videolarını yayan polkovnik tutulub - Baş Prokurorluq məlumat yaydı

Azərbaycanda ən çox maaş alanlar kimlərdir? - Rəsmi

Hərbçimiz qətlə yetirilib, tutulan var - Yenilənib

Ən çox oxunanalar