Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Budaqov BUDAMAYA başlayacaqmı?

Məmləkət üçün "Qordi düyünü"nə çevrilmiş Qarabağ münaqişəsindən Vətən igidlərinin qanı-canı hesabına qurtulduqdan sonra hamını bir sual düşündürür, görəsən ikinci ümummilli bəlamız - korrupsiya və məmur özbaşınalığöından, dövlət və millət malı yeyənlərdən nə zaman qurtulacağıq? Kimisi də buna islahat adı qoyaraq təkamül yolu ilə tədricən bu sahədəki biabırçılıqların nizama salınmasının mümkünlüyündən danışır. Yəni hamının tamarzı olduğu şey əslində çörək, iş yeri, dövlət qayğısından daha çox vətəndaş məmnunluğuna səbəb olacaq köklü islahatlar, loru dildə desək, cəmiyyətdə mənf reputasiyası ilə tanınan məşhurların qol-budağının "budanaraq" yavaş yavaş gözdən-könüldən uzaqlaşdırılmasıdır.

Budaqdan söz düşmüşkən, hakim partiya sonuncu qurultayla idarəetmənin başına gətirdiyi Tahir Budaqovdan da hamı islahat gözləyir. YAP-da ilişib qalmış, yaxud hanısa yollarla kürsüyə sahiblənmiş təqaüd yaşı çoxdan çatanların istirahətə göndərilərək bir vaxtlar "Ahıllar klubu" adını almış bu partiyanın gəncləşdirilməsi Tahir Budaqov qarşısında duran ən ümdə vəzifə və problemdir. Ona görə problem deyirik ki, YAP Xətai rayon şöbəsinin sədri Hüseynbala Mirələmovun "nadinc əl" rüsvayçılığından sonra Bakının 13 rayonunda YAP təşkilatlarına rəhbərlik edən şəxslərin siyahısını saf-çürük edəndə Tahir Budaqov üçün bu yolasalma prosesinin heç də asan keçməyəcəyi görsənir.

Şuluq partiya funksionerlərindən biri də Yasmal rayon təşkilatının 73 yaşlı sədri Tağı Əhmədovdur. Yox, kimsə elə zənn etməsin ki, Hüseynbala kimi onun da hansısa şuluq hərəkəti ifşa olunub. Məsələ burasındadır ki, Tağı müəllimin şuluqluğu daha çox onun dilindədir və zamanında bir kitablıq duzlu-məzəli fikirləri ilə ictimai fikirə özünü şuluq adam obrazında tanıda bilib. Deyilənə görə, Tağı müəllim pul qazanmağı bacaran adam olub və özünə yaxşı gün-güzəran qura bilib. Amma kimsə onun milyonçu olduğunu ağlının ucundan da keçirməyib. Bəlkə də Eldar Mahmudovun vaxtilə onu 3 milyon manat xərcə salması üzə çıxmasaydı, kimsə Metropoliten rəisinin milyonlara sahib olan biri olduğunu ehtimal etməzdi. Amma bəlli oldu ki, Tağı müəllimdən də şuluq adamlar varmış və Akif Çovdarov onu oğlanları ilə təhdid edərək sözün bütün mənalarında əməlli - başlı tərlədib. Elə ki 2015-ci ilin ssonlarında çərxi fələk tərsinə dövran etdi və Eldar Mahmudov - Akif Çovdarov tandeminin kitabı bağlandı, Tağı müəllim fəryad etdi ki, mənim pullarımı qaytarın. Amma təbii ki, o pulları kimsə qaytarası deyildi və bu günədək bəlkə də həmin milyonların xiffəti onun dincliyini əlindən alıb. Görünür elə ona görə son vaxtlar sağlıq durumunda ciddi problemlər yaranan Tağı müəllim öz canının hayında qalmaq məcburiyyətindədir. Amma di gəl ki, zalım oğlu kreslodan imtina edənə oxşamır. Halbuki bir oğlu Nizami rayon məhkəməsinin hakimi, o birisi diplomat olan Tağı müəllimin 3 milyonunu Akif Çovdarov çırpışdırsa da dar gün üçün kifayət qədər tədarükü olmamış deyil, yəni təqaüdə möhtac deyil. Ona görə də bundan sonra Allahın verdiyi ömürü nəvələrinə həsr etməli olan Tağı müəllimin kreslo inadkarlığı cəmiyyət tərəfindən heç də xoş qarşılanmır. Kim bilir, bəlkə də yanılırıq və tezliklə, o istefa mədəniyyəti ilə həmkarlarına nümunə olacaq. Amma adamın heç inanmağı gəlmir...

Növbəti yazılarımız YAP-ın digər rayon təşkilatlarının "pensioner" sədrlərinə həsr ediləcək. Niyyətimiz heç də onları ictimai qınaq hədəfinə gətirmək deyil. Sadəcə Tahir Budaqova YAP-dan hansı ağır mirasın qaldığını ortaya qoymaq, hakim partiya daxilində islahatların xeyli ağrılı keçəcəyini indidən oxucuların diqqətinə çatdırmaqdır. (moderator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar