Çərşənbə, 28 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bu ölkələrdən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyuldu

Bir neçə ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, Agentlik tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Albaniya Respublikasının Durres, Tirana, Kukes, İraq Respublikasının Bəsrə, Lesoto Krallığının Leribe, İngiltərənin Şimali Yorkşir, Şimali İrlandiyanın Lisbern və Kaslri, Orta və Şərq Antrim inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi, Cənubi Afrika Respublikasının Kvazulu-Natal əyalətində dabaq xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Cənubi Afrika Respublikasının Kvazulu-Natal əyalətindən bütün növ diri heyvan və heyvan mənşəli məhsulların, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Albaniya Respublikasının Durres, Tirana, Kukes, İraq Respublikasının Bəsrə, Lesoto Krallığının Leribe, İngiltərənin Şimali Yorkşir, Şimali İrlandiyanın Lisbern və Kaslri, Orta və Şərq Antrim inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Cənubi Afrika, Albaniya və İraq respublikalarından, Lesoto Krallığından, İngiltərədən, Şimali İrlandiyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

BDU-da baş verən qanlı insidentlə bağlı ilginc təfərrüat

"Maşın bazarı"nda özünü partladan kişinin kimliyi müəyyən olundu - Yenilənib, Video

DTX-dan əməliyyat: Silahlı Qüvvələrin bölmə rəisi həbs edildi

Rövşən Əkbərovu qətldən sonra Kiyevdən qaçıran vəzifəli şəxs kimdir?

"Anna Akopyan Bakıdan gələn qara kürü yeyir" - Foto

Vaksinasiya ilə bağlı qəbul edilən yeni qadağalar... - Bu qaydalar könüllülüyə və konsitutsion hüquqlara zidd deyilmi?..

Xalq artisti: "Bir qızım məmur, o biri diplomatdır, digəri isə həkimdir"

Nəzakət Mehdiyevanın səsini yayan müəllimə işdən çıxarıldı: “İtirəcək heç nəyim yoxdur”

Əbülfəs Qarayev xaricə getmək istəyərkən hava limanından geri qaytarılıb

“Həbs olunan narkotik satanlar pul verərək azad olunurlar” – Aslan İsmayılov

Ən çox oxunanalar