Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu işlə məşğul olmaq Alzeymer riskini azaldır

Araşdırma 40-69 yaşlı iştirakçılar arasında aparılıb.

Xüsusilə yaşlı insanların ən çox qorxduğu Alzeymer xəstəliyi ilə bağlı Çində aparılan bir araşdırma, bağçılıq fəaliyyətinin xəstəlik riskini azaltdığını sübut edib.

AzNews.az xarici mediaya istinadən bildirir ki, Çinin Siçuan Universiteti və Böyük Britaniyanın "Biobank" şirkəti hazırda sağalmaz xəstəliklər sırasında olan Alzeymerlə bağlı birgə araşdırma aparıb.

Araşdırmalar nəticəsində bağçılıq fəaliyyəti ilə məşğul olanlar üçün Alzeymer xəstəliyinə tutulma riskinin xeyli aşağı olduğu müşahidə edilib.

Böyük Britaniyada yarım milyondan çox insana 11 il ərzində fiziki fəaliyyətləri haqqında sual verilib və nəticə təhlil edilib.

Çəmənləri suvarmaq, biçmək, qazmaq və alaq otlarından təmizləmək kimi bağçılıq işləri ilə müntəzəm məşğul olanlarda belə işlərlə daha az məşğul olanlara nisbətən demans ehtimalı 21 faiz az olub.

Müntəzəm olaraq üzgüçülüklə məşğul olan, velosiped sürən və ya əylənmək üçün gəzinti edənlərin demensiyaya tutulma ehtimalı 35 faiz aşağıdır.

Qeyd edək ki, araşdırma 40-69 yaşlı iştirakçılar arasında aparılıb.

"Neurology" jurnalında dərc edilən tədqiqtda yaş və spirtli içki qəbulu kimi faktorlar da nəzərə alınıb.

Alzeymer xəstəliyi üzərində işləyən Dr.Sara Imarisio bu barədə deyib: "Çalışmaq, sizi fiziki və sosial cəhətdən aktiv saxlayan bir iş tapmaq, fəaliyyətinizdən daha çox, sağlamlığınıza fayda verəcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar