Şənbə, 25 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bu il Məhərrəm ayında yeniliklə üzləşəcəyik - Toy olacaq

Quzu ətinin qiyməti aşağı düşməyəcəksə, niyə hansısa bir kampaniya olsun? - sahibkarlar Məhərrəm ayında toyların təşkilindən danışdı.

Artıq müqəsddəs Məhərrəm ayının başlamasına bir neçə gün qalıb. Maraqlıdır, bu ayda toyların keçirilməsinə şərait yaradılacaqmı və müraciət edənlər necə, varmı? Sputnik Azərbaycan bu suala cavab tapmaq üçün bir neçə şadlıq sarayı ilə əlaqə saxlayaraq məsələni araşdırıb.

"Nazlı" şadlıq sarayından bildirilib ki, toy etmək üçün müraciətlər daxil olsa da, restoran sahibi buna razılıq verməyib.

"Müdiriyyət din adamıdır, bu səbəbdən Məhərrəm ayında toy etmək müdiriyyətin istəmədiyi bir şeydir. Müraciətlərimiz olsa da, toyların keçirilməsindən imtina etmişik", - deyə şadlıq evindən bildirilib.
"Gilavar" şadlıq sarayından isə bildirildi ki, artıq neçə illərdir ki, Məhərrəm ayında toylar keçirilir.

"Hələlik ki, Məhərrəmlik ayında toy etmək üçün bir müraciət daxil olub. Həmin şəxsin də istədiyi günə toy təyin etmişik", - deyə "Gilavar"dan bildirilib.

Həmsöhbətimiz Məhərrəm ayında toyların keçirilməsi ilə bağlı hansısa kampaniyanın olmayacağını vurğulayır və bunun səbəbini izah edir.

"İl yarım kampaniya oldu. İl yarım pandemiya oldu, evdə oturduq", deyə şadlıq evinin əməkdaşı bildirib.

"İnci" şadlıq sarayından məsələ ilə bağlı bildirilib ki, hələlik Məhərrəm ayında toy üçün müraciət edən olmayıb.

"Lakin müraciətlər olarsa belə, bu ayda işləməyəcəyik. Qoy toyları bağlayırlarsa, Məhərrəm ayında bağlasınlar. Amma Məhərrəmlik ayı bitdikdən sonra toyların keçirilməsinə icazə verilsin ki, camaat toyunu eləsin", - deyə "İncinin" əməkdaşı bildirib.

"Versal" şadlıq sarayının direktoru Sadiq Tağıyev Məhərrəm ayında toyların keçirilməsinə şərait yaradacaqlarını, lakin bunun üçün toy sahiblərinin qarşısına şərt qoyacaqlarını deyib.

"Toy etmək istəyənlərə içkisiz məclislərin keçirilməsi üçün şərait yaradacağam. Lakin içki ilə toy məclisi təşkil etmək istəyənə heç bir şərait yaratmayacağam. Bu şərtlə kim razıdırsa, etsin, razı deyilsə, etməsin", - deyə Tağıyev vurğulayıb.
Bu ayda toy edənlər üçün hansısa kampaniyanın olub-olmamasına gəlincə isə, direktor belə bir aksiyaların nəzərdə tutulmadığını vurğulayıb.

"Nə kampaniya? Quzu əti kampaniyaya düşməyibsə, mən nə kampaniya edim? Məhərrəmlikdə quzu ətinin qiyməti 10 manata düşməyəcək ki, mən də nəsə kampaniya edim. Bu səbəbdən qiymətlərimiz elə olduğu kimi qalacaq", - deyə "Versal"ın idrektoru vurğulayıb.

Bunula yanaşı, Tağıyev müraciətlərin çox olduğunu, hətta Məhərrəm ayının ilk həftəsi üçün 20-25 müraciətin daxil olduğunu da dilə gətirib. Sahibkar toylarla yanaşı ad günləri, nişan, xına mərasimlərinə görə də çoxsaylı müraciətlərin olduğuna diqqət çəkib.

"Bu ayın 8-də Məhərrəm ayı girir, ayın 18-dək isə əksər şadlıq saraylarında toylar var. Ümumiyyətlə, qeyd edim ki, öncəki illərlə müqayisədə bu il Məhərrəm ayında toy və şənliklər üçün müraciət edənlər daha çoxdur. Təxminən həftədə 5-6 belə müraciəti qeydə alırıq, toy günü təyin edirik", - deyə "Versal"ın direktoru vurğulayıb.

Beləliklə, agentliyin araşdırması göstərir ki, Məhərrəm ayında təşkil olunacaq toylar üçün hələlik şadlıq saraylarında hansısa kampaniyaların keçirilməsi nəzərdə tutulmur. Qiymətlərə gəlincə də, nə azalma, nə də artımın olacağı gözlənilmir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

ABŞ-da ard-arda anti-Azərbaycan qəralar qəbul edilir... - Bizim Minsk qrupunu tərk etməyimizin vaxtı çatmayıbmı?

Operativ Qərargahın Məlumatı: Karantin qaydaları sadələşdirildi

Eldar Həsənov prokurorun suallarını cavablandırıb

Köçkünlərin Zəngilana qayıdacaqları vaxt məlum oldu

Azərbaycanda yoluxma sayı niyə azalır? - “Vaksinasiya ilə əlaqəsi yoxdur"

Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb

Səfir İran Ordusunun Azərbaycanla sərhəddə təlimlər keçirməsinə aydınlıq gətirib

Daşkəsəndə itkin düşən şəxslərin minaya düşdükləri məlum olub, meyitləri tapılıb

"Sədərək Yusif" təbiəti belə məhv edir - Foto

İlham Əliyev üçtərəfli bəyanat imzalanmazdan əvvəl Putinlə danışıqlarının detallarını açıqlayıb

Ən çox oxunanalar