Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il “kitabı bağlanan” nazirlər - Yekun siyahı

Bu il Azərbaycanda bir neçə nazir və dövlət qurumunun rəhbəri vəzifədən azad edilib.

2020-ci ildə yüksək dövlət vəzifəsindən azad edilən və ya bu vəzifəyə təyin edilən şəxslərin siyahısını təqdim edir:

Bu il mayın 21-də Əbülfəs Mürsəl oğlu Qarayev mədəniyyət naziri vəzifəsindən azad edilib. İyulun 20-də isə bu vəzifəni müvəqqəti icra etmək səlahiyyəti Prezident İlham Əliyevin sərəncamı ilə Anar Kərimova tapşırılıb.

İyulun 16-da Elmar Məhərrəm oğlu Məmmədyarov xarici işlər naziri vəzifəsindən azad edilib. Onun yerinə isə elə həmin gün təhsil naziri vəzifəsindən azad edilən Ceyhun Bayramov təyin edilib.

Xatırladaq ki, Əbülfəs QarayevElmar Məmmədyarov nazirlikdə DTX-nin apardığı əməliyyatdan bir müddət sonra işdən çıxarılıb.

Bu ilin aprelində Zakir Qaralov Baş prokuror vəzifəsindən azad edilib. Bu vəzifəyə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev gətirilib.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasında da bir neçə məmur vəzifədən azad edilib. Belə ki, martın 5-də rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov işdən çıxarılıb və yerinə Vüsal Sevdimalıyev gətirilib.

Aprelin 27-də isə Suliddin Əliyev Naxçıvan MR ədliyyə naziri vəzifəsindən azad edilib. Onun yerinə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi Daşqın Rəhimov təyin edilib.

Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis vəzifəsinə isə elə həmin gün Mirzə Cəlilov gətirilib.

May ayının 14-də Naxçıvanın Baş naziri Əlövsət Baxşıyev vəzifədən azad edilib. Onun yerinə mayın 23-də Səbuhi Məmmədov təyin edilib. (Axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar