Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu hücum terror aktıdır və əvvəlcədən planlaşdırılıb” - Fərhad Məmmədov

İrandakı səfirliyimizə edilən hücumun siyasi hədəfləri...

Siyasi-şərhçi: “Əfsuslar olsun ki, İran tərəfinin Xarici İşlər Nazirliyi vasitəsilə çox gec verdiyi reaksiya terror hadisənin üstünü ört-basdır etməyə yönəlib”.

“Mən hesab edirəm ki, İranda Azərbaycanla münasibətlərin normallaşması prosesinə qarşı olan qüvvələr bu hadisəni planlaşdırıb iki ölkə arasındakı münasibətləri kəskinləşdirmə həddinə çatdırmaq niyyətindədir”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov İrandakı səfirliyimizə edilən hücumun siyasi tərəflərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edilib, ölən və yaralanan var. Bu hücumu necə dəyərləndirmək olar və hücumun siyasi hədəfləri nə ola bilər?

İranın Azərbaycana qarşı keçdiyi qırmızı xətti PİA.az-ın əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “İran tərəfi Azərbaycan səfirliyinə qarşı törədilən terror aktını hansısa şəxsi səviyyədə baş verən cinayət hadisəsi kimi təqdim etmək üçün “hekayə” uydurular və təbii ki, bu “hekayə” də Azərbaycan tərəfini məmnun edə bilməz”.

Səfirlərin geri çağırılmasının baş verə biləcəyini proqnoz edən ekspert əlavə edib ki, eyni zamanda bununla bağlı İranın özündə müəyyən proseslər baş verə bilər:

Azərbaycanın İrandakı səfirliyinə edilən hücum terror aktıdır. Artıq bunu açıq-aydın demək olar. Bu hücum əvvəlcədən planlaşdırılıb. Biz yayılan videomateriallarda görürük ki, terorçu maşını maşına vurur, səfirliyinin əməkdaşlarının səfirliyə daxil olmasını gözləyir, qapının açılmasını gözləyir. Bütün bunlar ondan xəbər verir ki, terorçu daha çox insanı qətlə yetirməyi planlayıb. Əfsuslar olsun ki, İran tərəfinin Xarici İşlər Nazirliyi vasitəsilə çox gec verdiyi reaksiya terror hadisənin üstünü ört-basdır etməyə yönəlib.

Eyni zamanda İran hüquq-mühafizə orqanalrının verdiyi açılamalar da terror hadisəsinin siyasi məqsədli deyil, şəxsi məqsədli oduğunu ortaya qoyur. Bu da ondan xəbər verir ki, İran tərəfi Azərbaycan səfirliyinə qarşı törədilən terror aktını hansısa şəxsi səviyyədə baş verən cinayət hadisəsi kimi təqdim etmək üçün “hekayə” uydurular və təbii ki, bu “hekayə” də Azərbaycan tərəfini məmnun edə bilməz.

Fərhad Məmmədov: “Azərbaycanla İranın onsuz da o qədər yaxşı olmayan münasibətləri korlanacaq. Səfirlərin geri çağırılması baş verə bilər”.

Mən hesab edirəm ki, İranda Azərbaycanla münasibətlərin normallaşması prosesinə qarşı olan qüvvələr bu hadisəni planlaşdırıb iki ölkə arasındakı münasibətləri kəskinləşdirmə həddinə çatdırmaq niyyətindədir. Bunu o dövrdə edirlər ki, Azərbaycanla İran arasında ilk normallaşma cəhdləri müşahidə olunurdu.

İlkin olaraq demək olar ki, Azərbaycanla İranın onsuz da o qədər yaxşı olmayan münasibətləri korlanacaq. Səfirlərin geri çağırılması baş verə bilər.

Eyni zamanda bununla bağlı İranın özündə müəyyən proseslər baş verə bilər. Əsasən də, Cənubda yaşayan azərbaycanlıların bu hadisədən qıcıqlana bilərlər.

Mən düşünüəm ki, İran rəhbərliyi, hakimiyyət strukturları səfirliyimizə edilən bu hücuma adekvat reaksiya verməsə, biz iki ölkə arasında münasibətlərin kəskin şəkildə korlanmasının şahidi olacağıq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar