Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün xəstəxana qarşısında yaranan növbə ilə bağlı rəsmi açıqlama

Bu gün Bakıda 5 saylı Şəhər Kliniki Xəstəxanasının qarşısında uzun növbə yaranıb...

Növbədə dayanan şəxslər icbari tibbi sığorta xətti ilə xəstəxanaya üz tutanlar olub.

Məsələ ilə bağlı "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, çəkiliş aparılan müddət ərzində Nərimanov Tibb Mərkəzinə 1 541 ambulator, 44 stasionar olmaqla, ümumilikdə 1 585 müraciət daxil olub. Həmin xəstələr 6 000-dən çox xidmətdən yararlanıblar. Bu xidmətlərə ixtisaslı həkim müayinəsi, ultrasəs müayinəsi, laborator analizlər və sair kimi xidmətlər daxildir:

"İcbari tibbi sığortanın tətbiqi ilə daha öncə vətəndaşlar ilk növbədə sahə həkiminə müraciət etməli idilər, onun göndərişi əsasında isə ixtisaslı həkimlərə yönləndirilirdilər. Hazırda isə vətəndaşların xidmətlərə əlçatanlığı öz həllini tapsın deyə onlar birbaşa ixtisaslı həkimə müraciət edə bilirlər, artıq ailə həkiminə müraciət zərurəti yoxdur. İxtisaslı həkimdən yardım üçün çoxsaylı birbaşa müraciətlər var. Bunların əsasında da instrumental-laboratar müayinələr artır. Bu da bəzi xəstəxanalarda kifayət qədər çox növbə yaranmasına səbəb olur".

Qurumdan o da bildirilib ki, bunu tənzimləmək üçün gələcəkdə müxtəlif addımların atılması müzakirə olunur.

"Məsələn, "e-tabib" tətbiqi vasitəsilə randevu almaq, onlayn şəkildə qeydiyyata alınmağın mümkünlüyü bu növbələrin qarşısını almağa kömək edə bilər.

Vətəndaşlarımız birbaşa ixtisaslı həkimlərə müraciət etmək əvəzinə, həmçinin növbələrdən xilas olmaq üçün poliklinikalar üzrə təhkim olunmuş ailə həkimlərinin qəbulunda ola bilərlər. Ailə həkimləri onların sağlamlıqları ilə bağlı problemləri düzgün şəkildə müəyyənləşdirərək ixtisaslı həkimlərə göndərəcəklər ki, bu da həmin şəxslərin vaxtlarına da qənaət edəcək. Ailə həkiminin təyinatı olmadan xəstə sağlamlıq vəziyyətini düzgün qiymətləndirməyə bilər. Məsələn, baş ağrısı səbəbi ilə terapevt qəbuluna gedəcək, amma əslində nevropatoloq qəbuluna getməlidir".

pia.az


Etiket: xəstəxana


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar