Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Tofiq Bəhramovun ad günüdür

Tofiq Bəhramov 1993-cü ildə vəfat edib...

Bu gün Azərbaycanın futbol hakimi Tofiq Bəhramovun doğum günüdür.

T.Bəhramov 1925-ci il 29 yanvarda Bakıda anadan olub.

O, AFFA yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Tofiq Bəhramovun 1966–cı ildə İngiltərədə keçirilən 8–ci dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar “Uembli” stadionuna toplaşmış 98 min tamaşaçının yaddaşına həkk olub və dünya futbol tarixinə qızıl hərflərlə yazılıb.

1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. O, SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi fərqlənib. İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edib. Dünya çempionatının final oyununa düşmək üçün Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib. İndiki zamanda isə bu, qətiyyən mümkün deyil.

O, Nikolay Latışevdən sonra dünya çempionatının final mərhələsində hakimlik etmiş ikinci, 1972-ci ildə UEFA Kubokunun final oyununu (“Vulverhempton” – “Totenhem”) idarə etmiş birinci sovet hakimi olub. O, 1972-ci ildə Qitələrarası kubokun finalında “Ayaks” (Hollandiya) – “İntependyente” (Argentina) matçını idarə edib.

DÇ-1966-nın oyunları həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırıb və Tofiq Bəhramovun adının tarixdə qalmasına şərait yaradıb. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bilib. Həmin ərəfədə “Qızıl fit”lə yalnız baş hakimlər təltif olunurdu.

T.Bəhramov isə bu qarşılaşmada laynsman (yan xətt hakimi) funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası II Yelizaveta “Qızıl fit”i və “Qızıl ilahə”nin kiçik modelini həmyerlimizə təqdim edib. O, 1970-ci il dünya çempionatında Braziliya – Uruqvay yarımfinal oyunu da daxil olmaqla, 3 matçda baş hakim olub.

Tofiq Bəhramov 1993-cü ildə vəfat edib.

pia.az


Etiket: Tofiq Bəhramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar