Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün şəhid Ağamid Ağacəfərlinin şəhadətindən bir il keçir - Foto

Bu gün Vətən müharibəsi şəhidi Ağamid Ağacəfərlinin şəhadətindən bir il keçir.

Ağamid Şirzaid oğlu Ağacəfərli 1995-ci il yanvarın 23-də Lerik şəhərində anadan olub. Orta təhsilini Azərbaycanın Milli Qəhrəmanı şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində alıb.

2013-cü ilin yanvar ayında Lerik Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan A.Ağacəfərli Tərtər rayonunun N saylı hərbi hissəsinə göndərilib. Xidmətdə olduğu dövrdə kəşfiyyatçı kimi hazırlıq keçib.

2015-ci ilin iyul ayında hərbi xidməti başa vuraraq geri qayıdan A.Ağacəfərli Vətən müharibəsində də iştirak edib.

30 sentyabr tarixində könüllü olaraq Lerik Rayon Hərbi Komissarlığında qeydiyyatdan keçərək kəşfiyyatçı kimi müharibəyə yollanan qəhrəmanımız verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirməklə düşmənə sarsıdıcı zərbələr endirib.

Füzulinin, Qubadlının işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə silah yoldaşları ilə birlikdə qəhrəmancasına vuruşan A.Ağacəfərli 26 oktyabr 2020-ci il tarixində Qubadlı istiqamətində gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Lerik rayonunda, babasının məzarının yanında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, əsgər Ağamid Şirzaid oğlu Ağacəfərli ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar