Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Ermənistanda yeni çağırış parlamentinin ilk iclası keçiriləcək

Ermənistanın yeni parlamenti sonuncu növbədənkənar seçkilərdən sonra bu gün ilk iclasını keçirəcək. Deputatlar qanunverici orqanın sədrini, vitse-spikerləri və daimi komissiyaların sədrlərini seçəcəklər.

“Report” Ermənistan mediasınaistinadən xəbər verir ki, ölkədəki siyasi böhranın səbəb olduğu seçkilərin nəticələrinə əsasən, baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası müstəqil hökumət qurmağa imkan verən 101 mandatdan 71 mandatı qazanıb. Paşinyanın partiyanın üzvləri tərəfindən Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə yenidən namizəd olacağı gözlənilir.

Yeni parlamentin spikeri və onun iki müavini də parlament çoxluğunu təmsil edəcək. Seçki Məcəlləsinə görə, üç vitse-spikerdən biri müxalifəti təmsil etməlidir. Gözlənildiyi kimi, hazırkı vitse-spiker Alen Simonyan parlamentin sədri seçiləcək.

Bundan əlavə, ilk iclasda hökumət strukturunun dəyişdirilməsi haqqında qanun layihəsinin müzakirəsi planlaşdırılır. Lakin hansı dəyişikliklərin gözlənildiyi hələ məlum deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar