Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nə vəd edir?

PİA.az 23 may, 2022-ci il tarixi üçün ulduz falını təqdim edir:

Günün əvvəlində emosiyalara davam gətirmək lazımdır. Məhz bu zaman özünüzü idarə etmək bacarığınız xüsusilə vacib olacaq. Təmkininizi sınağa çəkən və əsəbiləşdirən adamlarla ünsiyyətdən qaçmağa çalışın. Onlar bəzən heç bir səbəb olmadan qanınızı qaraldacaqlar. İstənilən ciddi işi təkbaşına görməyə dəyər. Beləliklə, özünüzü uzun izahatlar vermək və arzuolunmaz məsləhətlərə qulaq asmaq ehtiyacından xilas edəcəksiniz. Günün ikinci yarısı daha xoş və ahəngdar keçəcək. Ünsiyyət üçün yaxşıdır. Səhər mübahisə etdiyiniz insanlarla belə anlaşa biləcəksiniz. Bəzi köhnə əlaqələri bərpa etmək imkanı olacaq, bu fürsəti qaçırmayın.

Qoç - Günün əvvəlində əzmkarlıq göstərmək çox faydalı olacaq. Bu zaman hər şey istədiyimiz kimi olmayacaq, amma qarşınızda keçilməz maneələr də ortaya çıxmayacaq, bir çox problemlərin həllində çox yaxşı nəticə göstərəcəksiniz. Özünüz təkbaşına hərəkət etməyə hazır olun: sizə kömək etmək istəyənlərin sayı çətin ki, çox olsun. Günün ikinci yarısı daha asan və uğurlu olacaq. Yeni işlər üçün və əvvəl başlanmış işləri tamamlamaq üçün uyğundur. Bu dövr ünsiyyət üçün də əlverişli olacaq: çoxlu müsbət emosiyalar alacaqsınız.

Buğa - Həqiqətən istəsəniz belə, emosiyalarınıza çox da sərbəstlik verməyin. Bu gün soyuqqanlılığı qorumaq, əsaslandırılmış qərarlar qəbul etmək və keçici istəkləri rədd edib hədəflərinizi unutmamaq vacib olacaq. Səhər xırda anlaşılmazlıqlar mümkündür, lakin zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq. Günün ikinci yarısı bəzi mühüm xəbərlər və kəşflər, eləcə də yaxşı təsadüflər vəd edir ki, onlardan maksimum yararlanmağa çalışacaqsınız. Gözlənilməz səfərlər mümkündür. Həmçinin çox darıxdığınız insanlar da sizə qonaq gələ bilərlər.

Əkizlər – Gördüyünüz hər işdə ciddi olun: bu, sizə uğur qazanmağa imkan verən yanaşmadır. Uzun müddət nəticə verməyən işlərin öhdəsindən gəlmək mümkün olacaq. Bununla belə, tamamilə yeni bir işə başlasanız belə, peşman olmayacaqsınız. Əməyiniz boşa getməyəcək, zəhmətinizin nəticəsindən razı qalacaqsınız. Gün yeni insanlarla tanış olmaq üçün idealdır. Onlarla yola getmək, düşüncələrində olanları başa düşmək o qədər asan olacaq ki, buna xoş anlamda özünüz də təəccüblənəcəksiniz. Və hər şey intuisiyanıza bağlıdır: siz onun ipuclarına qulaq asacaqsınız və bu sizə bir çox qərarlarınızda kömək edəcək.

Xərçəng - Günə özünüzü tənqid etməklə və ya keçmiş səhvləri xatırlamaqla başlamayın. Sevinc üçün bir səbəb və ya başınızı qarışdıra biləcək maraqlı bir iş tapmaq daha yaxşı olacaq. Bu, pozitiv əhvalda qalmağınıza kömək edəcək. Zamanla vəziyyət yaxşılığa doğru dəyişəcək. Gününorta saatları şəxsən özünüzlə və ya yaxınlarınızdan biri ilə bağlı xoş xəbərlərlə sizi sevindirəcək. Daha sonra dostluq görüşü və ya romantik bir görüş üçün əlverişli zaman gələcək. Axşam saatlarında qeyri-adi yerlərdə gəzintiyə çıxmaq qərarına gəlsəniz, şübhəsiz ki, çoxlu canlı emosiyalar alacaqsınız.

Şir - Tələsik hərəkətlər və ya tələsik qərarlarla özünüzü yanlış yola salmasanız, gün yaxşı keçəcək. Vacib bir işi görməzdən əvvəl iki dəfə düşünün, fikrinə etibar etdiyiniz insanlarla məsləhətləşin. Söhbət maliyyə məsələlərinə gəlincə, bu, xüsusilə vacibdir: siz lazımsız şeylərə əhəmiyyətli məbləğdə pul xərcləməyə meylli olacaqsınız. Yaxşıca istirahət etmək, vəziyyəti dəyişmək, bəzi maraqlı yerləri ziyarət etmək imkanınız olacaq. Köhnə dostlarınız və ya sizi yaxşı tanıyan digər insanlar sizi müşayiət edə bilərlər.

Qız - Günün çətinlik və anlaşılmazlıqlar olmadan keçəcəyi ehtimalı azdır, lakin ciddi problemlər yaranmayacaq və kiçik problemlərin öhdəsindən tez gələcəksiniz. Düzdür, özünüz təkbaşına hərəkət etməli olacaqsınız: çətin ki, kimsə köməyinizə tələssin. Ancaq özünüz çox şey edə bilərsiniz, buna görə narahat olmaq üçün heç bir səbəb yoxdur. Günün ilk yarısında maliyyə ilə bağlı diqqətli olmalısınız: lazımsız xərclər, kiçik qanqaraldıcı itkilər mümkündür. Daha sonra alış-veriş üçün yaxşı vaxt olacaq. Axşam romantik görüş və ya sevdiyiniz insanla uzun xoş söhbət üçün münasib saatlardır.

Tərəzi - İntuisiyanız sizə qətiyyətlə hərəkət etmək lazım olduğunu söyləyəcək və yanılmayacaq. Gün yeni imkanlar açacaq və siz onlardan heç birini əldən verməməyə çalışacaqsınız. Çox güman ki, qeyri-adi tanışlıqlar, maraqlı insanlarla görüşlər və ünsiyyət bir çox tanış məsələlərə fərqli baxmağınıza səbəb olacaq. Bəzi Tərəzilər həyatlarını dəyişməyə qərar verəcək və seçilmiş istiqamətdə ilk addımları atacaqlar. Pul gəliri və hədiyyələr almağınız mümklündür. Gün maliyyə və əmlakla bağlı mühüm məsələlərin həlli üçün əlverişlidir.

Əqrəb - Səhər saatlarında sakit qalmaq çətin olacaq. Kiçik anlaşılmazlıqlar, məişət problemləri mümkündür ki, onların həlli üçün bəzi xoş məşğuliyyətləri təxirə salmaq lazım gələcək. Amma müsbət tendensiyaların təsiri sürətlə artacaq, əhval-ruhiyyəniz tezliklə yaxşılaşacaq. Günün ikinci yarısı yaxşı təsadüflər vəd edir. Kphnə planların həyata keçirilməsi üçün çox əlverişli vaxtdır: ulduzlar sizin tərəfinizdə olacaq və hər şey lazım olduğu kimi alınacaq. Sizin üçün xüsusilə əziz olan bir insan sizi xoş sürprizlə sevindirəcək. Bunu uzun müddət xatırlayacaqsınız.

Oxatan - Gün qeyri-adi və yaddaqalan olacaq. Bu gün bir çox işlər gözlədiyiniz kimi olmayacaq, lakin bu, sizi qətiyyən narahat etməyəcək. Tam əksinə, sevinc üçün səbəblər yaranacaq, yeni imkanlar açılacaq. Çoxdan maraqlandığınız işi tam yerinə yetirmək şansınız olacaq. Bu gün səfərə çıxanları evdən uzaqda heyrətamiz görüşlər gözləyir. Yeni tanışlarla asanlıqla dostlara çevriləcəksiniz. Tezliklə birlikdə həyata keçirmək istədiyiniz planlar olacaq. Günorta ailə əlaqələrini möhkəmləndirmək üçün vacib zamandır.

Oğlaq - Boş yerə vaxt itirməmək, günü mümkün qədər səmərəli keçirməyə çalışmaq lazımdır. Çətin işlərin öhdəsindən gələ, çoxdan başlanan işləri tamamlaya bilərsiniz. Uğur bütün yaradıcılıq cəhdlərinizi müşayiət edəcək. Yenilik əldə etmək sizin üçün asan olacaq. İdeyanızı həyata keçirməyin bir yolunu tapacaqsınız. Yaxşı olar ki, günorta üçün vacib bir iş planlaşdırmayın. Çox güman ki, bu zaman istirahət etmək, diqqətinizi narahatlıqlardan yayındırmaq istəyəcəksiniz. Köhnə bir hobbinizi xatırlamaq faydalı olacaq: yenidən müsbət emosiyalar alacaqsınız.

Dolça - Yola getməyiniz lazım olan insanlarla görüşmək, birgə hərəkətlər barədə razılığa gəlmək üçün yaxşı gündür. Yaxşı təəssürat yaratmaq çətin olmayacaq: bunun üçün təbii davranmaq kifayət edəcək. Cazibədarlığınız hətta başqalarında yalnız çatışmazlıqları görənləri də laqeyd qoymayacaq. Günortadan sonra qətiyyət nümayiş etdirsəniz, əvvəllər demək olar ki, mümkünsüz görünən hədəflərə nail olacaqsınız. Köhnə arzunuzun həyata keçməsi mümkündür. Bununla belə, həddindən artıq işləməkdən və gərgin vəziyyətlərdən qaçmaq vacibdir. İstirahət sizə zərər verməyəcək.

Balıq - Uzun müddətdir davam edən münaqişələri həll etmək, əvvəllər nədənsə sizdən narazı qalan insanlarla münasibəti bərpa etmək mümkün olacaq. Sizi zəif hesab edənlər səhv etdiklərini anlayıb fikirlərini dəyişəcəklər. Ola bilsin ki, ortaq cəhətlərinizin çox olduğunu anlayaraq hətta rəqibləriniz də dostunuza çevriləcək. Gün yaxşı keçəcək, ancaq xırda anlaşılmazlıqlara çox əhəmiyyət versəniz, işləri korlaya bilərsiniz. Yeni imkanlara, xoş anlara və ruhlandırıcı görüşlərə diqqət yetirmək daha yaxşıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar