Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu ay SOCAR Ukraynaya 1,5 min ton LPG tədarük edib

Rusiyanın “Rosneft” şirkətinin istehsalı olan neft məhsullarının Ukraynaya tədarük edilməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Rosneft” şirkətinin birgə təsis etdikləri “SOCAR New Energy” şirkəti iyun ayının 13 günü ərzində 3,4 min ton mayeləşdirilmiş neft qazı (LPG) tədarük edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında deyilir.

Məlumata görə, bu həcmin 1,5 tonu SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkətinə təhvil verilib.

Bu ayın ilk 13 günü ərzində Ukraynaya ümumilikdə 63 min ton LPG tədarük edilib. Bu da may ayının analoji dövrü ilə müqayisədə 11,6 min ton çoxdur.

Belə ki, bu müddət ərzində Rusiyadan Ukraynaya 27 min ton LPG aparılıb ki, bu da ötən ayın analoji dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Bu müddət ərzində Qazaxıstandan Ukraynaya 19 min ton LPG tədarük edilib ki, bu da ötən ayın analoji dövrü ilə müqayisədə 11 % azdır.

Eyni dövrdə Belarusdan Ukraynaya 10,5 min ton LPG məhsulu idxal edilib ki, bu da daha əvvəlki ayın eyni dövrü ilə müqayisədə 9 % çoxdur.

Ukraynanın qərb sərhədlərindən isə ölkəyə 6 min ton LPG tədarük edilib ki, bu da may ayının 13 gününün göstəricisi ilə müqayisədə 19 % azdır. Bu müddət ərzində əsasən Litva və Piolşadan LPG tədarük edilib ki, bu həcmin miqdarları isə müvafiq olaraq 1,96 və 1,94 min ton təşkil edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar