Cümə, 12 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bu ay 32 narkotacir tutulub 

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 25 gün ərzində keçirilən əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə vətəndaşları narkokuryerliyə cəlb edən və onlayn yolla narkotik maddələrin satışını həyata keçirən mütəşəkkil cinayətkar dəstənin daha 32 üzvü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxslərdən ümumilikdə 90 kiloqram narkotik vasitə və psixotrop maddə, 2815 ədəd psixotrop tərkibli həb və 75 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkar edilib. Daxil olmuş məlumat əsasında Yardımlı, Masallı, eləcə də paytaxtın Qaradağ rayonlarında keçirilən əməliyyatlar zamanı Amid Ağayev, İbrahim Ələsgərov, Mais Əliquliyev və tanışı Hüseyn Məmmədov tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 47 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 28 kiloqram heroin, 8 kiloqram metamfetamin, 7 kiloqram tiryək, 4 kiloqram marixuana, psixotrop tərkibli həblər, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı istifadə etdikləri plastik kartlar aşkar edilib.

pia.az


Etiket:


Digərxəbərlər

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Populyar xəbərlər

Bakı aeroportunda nə baş verib? - Jurnalistdən sensasion iddia

"Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşıb - Yenilənib

Abutalıbovun məşhur otelindən reportaj: Çirkli pullar necə yuyulur? - Video

Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” - Palma yağları...

Hafiz Hacıyev: “Hərbi cinayətkar Balasanyanla görüşmək bizə utancverici haldır”

Bakıda turizm şirkətinin müdiri ürəyindən bıçaqlandı

Məktəblərdə narkotik satışı ilə bağlı olan şikayətlərə niyə baxılmır və nazirlik niyə susur?..    

Avropanın ən əsəbi ölkəsi hansıdır? – Siyahı açıqlandı

Əbülfəz Məlikovun xalası oğlu axtarışa verilib? – Həbslər davam edəcək...

Ən çox oxunanalar